Sənaye məhəllələrində görülən işlərin vəziyyəti açıqlandı
Sahibkarların marağı nəzərə alınaraq yeni layihələrin icrası məqsədilə Neftçala Sənaye Məhəlləsinin ərazisinin əlavə 5 ha genişləndirilməsi nəzərdə tutulur və artıq müvafiq prosedurlara başlanılıb.
"Marja" xəbər verir ki, bunu “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf bildirib.
O qeyd edib ki, 2017-ci ildə istifadəyə verilmiş Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Artıq 6 müəssisə fəaliyyətə başlayıb. Rezidentlər tərəfindən Sənaye Məhəlləsinə ümumilikdə 45,3 mln. manat investisiya yatırılıb, 500-ə yaxın yeni iş yeri yaradılıb. 2018-ci ilin I rübündə Neftçala Sənaye Məhəlləsində “Azproduct” MMC (balıq konservi və soyudulmuş balıq üzrə ixtisaslaşmış), “Gilan Pivot” MMC (PİVOT suvarma sistemləri istehsalı), “Azərmaş” ASC və “İran Khodro” birgə avtomobil zavodunun fəaliyyətə başlaması nəzərdə tutulur.
Masallı Sənaye Məhəlləsində tikinti işləri sürətlə aparılır və I mərhələ çərçivəsində tikinti işləri 2018-ci ilin fevral ayında başa çatdırılacaq və sənaye məhəlləsindəki istehsal sahələri sahibkarların istifadəsinə veriləcək. Ümumi ərazısi 10 hektar olan Masallı Sənaye Məhəlləsində birinci mərhələdə üç istehsalat korpusu, inzibati və texniki binalar, köməkçi sahələr tikiləcək. Sahibkarlar tərəfindən artıq ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. İlk olaraq Sənaye Məhəlləsində ümumi dəyəri 7,1 mln. manat olan 9 layihənin icrasına başlanılacaq. 200-dən çox iş yerinin yaradılacağı bu layihələrdən 4-ü mebel istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları istehsalı sahələrini əhatə edir. Bu müəssisələrin cari ilin aprel ayında fəaliyyətə başlaması nəzərdə tutulur. Hazırda tikintidə 200 nəfər çalışır. Müəssisələrin işə düşməsi nəticəsində 600-dən çox yeni iş yeri açılacaqdır.
Dövlət başçısının ötən il imzaladığı Sərəncama əsasın, Hacıqabul Sənaye Məhəlləsi yaradılır. Sənaye Məhəlləsində tikinti işlərinə 2018-ci ilin fevralında başlanılması və iyul ayında başa çatdırılması nəzərdə tutulur. Tikinti işlərinə 200 nəfərdən çox işçi cəlb olunacaqdır. Sənaye Məhəlləsi əsasən ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və kompozit materialları istehsalı sahələrində ixtisaslaşacaq. Hacıqabul Sənaye Məhəlləsinə sahibkar marağı böyükdür və artıq 6 layihə təqdim edilib. Bu layihələr çərçivəsində 43 mln. manat investisiya yatırılması və 850-dən çox iş yerinin yaradılması planlaşdırılır.
2017-ci ildə dövlət başçısı Sabirabad Sənaye Məhəlləsinin yaradılması barədə Sərəncam imzalayıb və sənaye məhəlləsinin təməlini qoyub. 20,3 hektar ərazidə salınacaq sənaye məhəlləsində tikinti işlərinə 2018-ci ilin fevral ayının sonlarında başlanılması və birinci mərhələnin iyul ayında başa çatdırılması nəzərdə tutulur. Sənaye Məhəlləsində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin və logistika mərkəzinin yaradılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)










