Bakıda "FireLand" adlı yaşayış kompleksinin tikintisinə başlanıb
Əsasən Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayış binalarının tikintisi ilə məşğul olan "Bakıxanov Rezidens" Komplekslər Qrupu, yeni, "FireLand" (Fayələnd) adını verdiyi kompleksin tikintisinə başlayıb. Kompleks Sabunçu ray. Bakıxanov qəs. S.Mehmandarov küç 12 ünvanında inşa edilir.
"Marja" xəbər verir ki, binanın təhvili 2019-cu ildə nəzərdə tutulub.Tezliklə, kompleks barədə ətraflı məlumatlar veriləcəkdir.
"Bakıxanov Rezidens 1, 2 və 3", "Brillians Rezidens", "Ramana Rezidens" bu şirkət tərəfindən tikilib.
Qeyd edək ki, indiyədək "Bakıxanov Rezidens" Komplekslər Qrupu mənzillərin 1 kvadratmetrini daha çox 1200 manatdan satıb. Şikət bir neçə gün öncə "Brillians Rezidens" yaşayış kompleksində mənzillərin qiymətlərini endirib (hazır binada 1100 manata, tikilməkdə oan binda 999 manata). Bundan savayı, daxili kredit üçün minimal ilkin ödəniş 30%, müddət isə 36 ay olub.
Hazırda Bakıxanov qəsəbəsi ərazisində "Park Group" şirkəti tərəfindən iri “Teras Park” yaşayış kompleksi tikilir. Bu kompleksdə mənzillərin 1 kvadratmetri 850 manatdan başlayan qiymətlərlə təklif olunur. “Teras Park”dakı daha münasib qiymətlər və Bakıda pilot layihələrin artması "Bakıxanov Rezidens" Komplekslər Qrupunu qiymətləri aşağı salmağa vadar etmiş kimi görünür.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
6 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
6 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
























