EUR/USD məzənnəsi 1.2463$-a kimi qalxa bilər
EUR
Dünya valyuta birjalarında avronun qiyməti 1.2323$-a kimi bahalaşdıqdan sonra qismən ucuzlaşıb. Hal-hazırda 1.22$ ətrafında ticarət edilən EUR/USD məzənnəsində artım dalğasının daha da güclənməsi üçün 1.2305$-ın üzərində möhkəmlənməsi önəmlidir. Bundan sonra qiymət 1.2463$-a kimi də bahalaşa bilər.
Bununla yanaşı, bu həftənin cümə axşamı Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransı və cümə günü saat 17:30-da açıqlanacaq ABŞ-ın iqtisadi inkişaf göstəricisi, dünya birjalarında güclü dalğalanmalara səbəb ola bilər.
GBP
GBP/USD qiyməti də 1.38$-ın üzərində ticarət edilməkdədir. Təhlillərə əsasən, yanvar ayı ərzində 3.6% bahalaşan qiymət 1.38$-ın üzərində qaldıqca, 1.3946$ və 1.4040$-a kimi də bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır.
Bu həftənin çərşənbə və cümə günləri saat 13:30-da müvafiq olaraq açıqlanacaq İngiltərənin əmək bazarı və iqtisadi inkişaf məlumatları da diqqət mərkəzindədir.
TRY
Türkiyə bazarlarında dolların qiyməti 3.82TL-nin üzərində ticarət edilməkdədir. Belə ki, Türkiyənin xarici siyasəti fonunda artan risklər lirəyə olan təzyiqləri qismən artırıb. Beləliklə, USD/TRY məzənnəsi gələcək günlərdə 3.8259TL-nin üzərində möhkəmlənərsə, 3.8556 və 3.8696TL-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
OIL
Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti son günlər 68-69.00$ aralığında ticarət edilməkdədir. Qiymət 70.06$-a kimi dəyər qazanarsa və üzərində möhkəmlənərsə, artım dalğası 73.07$-a kimi də güclənə bilər.
GOLD
Əlvan metallar bazarlarında qızılın qiymətləri son bir həftə ərzində 1344$ ilə son dörd ayın maksimum səviyyəsini yenilədikdən sonra 1.5% ucuzlaşıb. Yeni həftənin ilk sessiyasında bazarlarda 1330$-ın üzərində təklif edilən qızılın bir unsiya üzrə qiyməti ümumilikdə 1326$-ın (43.2 $/qram) üzərində qaldıqca, artım dalğasının 1357$-a (43.5 $/qram) kimi də güclənəcəyi proqnozları aktuallığını qorumaqdadır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 13 d. əvvəl
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 2 saat əvvəl
-
11 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Alphabet 100 illik istiqraz burxmağı planlaşdırır
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Ən çox oxunanlar
Fəzail Ağamalı vəfat edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur



















.webp)







