"Petkim"in çətinlikləri açıqlanıb
"Türkiyədə lirənin, Azərbaycanda isə manatın dəyərdən düşməsi SOCAR-ın qardaş ölkədə həyata keçirdiyi layihələrə təsir etməyəcək". Bunu "SOCAR Türkiye A.Ş."-nin baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib.
"Biz Türkiyədəki layihələrimizi 4-5 illik deyil, 40-50 illik müddət üçün nəzərdə tutmuşuq. Heç bir böhran layihələrimizin icrasına təsir etmir. İnvestisiyalarımızı yatırmaqda davam edəcəyik", - deyə o bildirib.
Z. Qəhrəmanov qeyd edib ki, ümumi dəyəri 2,7 mlrd. dollar olan STAR zavodu 2018-ci ildə istismara veriləcək.
Hər il "Petkim" layihəsinə 150 mln. dollar investisiyanın yatırıldığını deyən şirkət rəhbəri əlavə edib ki, "bu yatırımlar olmazsa, "Petkim"in bazar payı 17%-dən 10%-dək azala bilər". O əlavə edib ki, "Petkim" kimya sənayesi məhsulları sarıdan sıxıntılarla üzləşir: "Cənubi Koreya və İranla Azad Ticarət Anlaşmaları əldə olunduqdan sonra bu ölkələrdən idxal olunan məhsullar bizim məhsulların rəqabət qabiliyyətinə mənfi təsir edib. Biz Türkiyə hökumətindən həmin ölkələrdən gələn məhsullara verginin tətbiq olunmasını gözləyirik. Əks təqdirdə bizim işimiz çətinləşir. Vergi ilə rəqabət daha ədalətli olar".
İzmirin Əliağa qəsəbəsində yerləşən "Petlim" layihəsindən danışan Z. Qəhrəmanov qeyd edib ki, 380 mln. dollara başa gələn layihənin birinci fazası uğurla başa çatdırılıb, ikinci faza isə cari ilin iyun ayında istismara veriləcək. "Artıq 13 min konteynerlik tutuma malik olan gəmilər limana yan ala bilərlər. Söhbət Ege dənizi hövzəsində ən iri limandan gedir", - deyə o bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
16 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)


.jpg)




