Avropa iqtisadiyyatında "euroboom" sürprizi
Avropa iqtisadiyyatı, 2017-ci ildə son 10 ilin ən yaxşı dövrünü keçirib. Avro Bölgəsi 2017-də 2,2 faiz artıb. Avro da dollar qarşısında 13% dəyər qazanıb.
Siyasi gərginliklərin kölgəsində 2017-ci ilə daxil olan Avropa iqtisadiyyatı, son 10 ilin ən yaxşı performansını göstərərək bu il sürpriz edib.
"Marja" "Quartz" saytına istinadən xəbər verir ki, Brexit prosesi və ard-arda gələn seçkilər səbəbindən investorların narahatlıqla başladığı 2017, Avropa iqtisadiyyatı üçün son 10 ilin yaxşı ili olub. Hətta sosial mediada da "euroboom" (avro partlaması) haştağı populyar olub.
BVF, keçən ay Avropadakı iqtisadi yaxşılaşmanın çox güclü olduğunu və qitənin inkişafında "qlobal iqtisadiyyat və ticarətin hərəkətverici qüvvə" halına gəldiyini bildirmişdi.
Avropa Komissiyasının məlumatlarına görə, Avro Bölgəsi 2017-ci son 10 ilin ən böyük yüksəlişini qeyd edərək 2,2 faiz artıb. Avro da dollar qarşısında 13% dəyər qazanaraq, G10 pul vahidləri arasında ən yaxşı pul olub.
İş dünyası etibar indekslərinə görə, birjadakı yüksəliş, Avropaya olan iş dünyası etibarını da 112 səviyyəsinə qaldırıb.
Borc böhranı yaşayan ölkələrdə yaxşılaşma
2017-ci il, Cənubi Avropada uzun müddətdir ki, borc böhranı yaşayan ölkələr üçün də bir "dirçəliş" ili olub. Sentyabr ayında Portuqaliyanın kredit reytinqini yüksəldən S&P, oktyabr ayında da İtaliyanın kredit reytinqini üç il sonra ilk dəfə artırıb.
İflasın astanasına gələn Yunanıstandakı iqtisadi yaxşılaşma isə, Avropadakı yüksəlişin başlıca göstəricilərindən biri oldu. Fitch və Moody's, ölkənin kredit reytinqini qaldırıb.
Şərqi Avropanın üç böyük iqtisadiyyatı olan Polşa, Rumıniya və Çexiya da, bu il sürətli böyümə, aşağı işsizlik nisbətləri və nəzarət edilən inflyasiya sayəsində yaxşı bir il keçirib.
Mütəxəssislər 2018 üçün xəbərdarlıq edir
Digər tərəfdən, ekspertlər, 2018-də nəzərə alınması lazım olan risklər olduğuna işarə edirlər HSBC ekspertlərinə görə, Avro Bölgəsində aşağı maaşlar istehlakda tələbi artıracaq şəkildə yüksəlməlidir. Avropa iqtisadiyyatının istehsalda sağlam artım olmadan və maaşlar qalxmadan artması, iqtisadiyyatda geriləməyə yol aça bilər.
Ən böyük risklər arasında siyasi qeyri-müəyyənliklər də var. Avro Bölgəsinin ən böyük iqtisadiyyatı Almaniya, 2018-ci ilə hökumət böhranı ilə girir. Katalonyada müstəqillik tərəfdarlarının parlamentdə seçkiləri qazanması da qeyri-müəyyənliyi artırır.
İngiltərə və AB arasındakı Brexit müzakirələri ilə Avstriyada ifrat sağın yüksəlişi də, 2018-də bazarlara təsir edəcək hadisələr arasında göstərilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 d. əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
























