Bakıda “görünməz” infrastrukturun qurulmasına dair konfrans keçirilib
Bakıda Lenovo, Nutanix və Veeam şirkətləri tərəfindən müasir data-mərkəzlərində “görünməz” infrastrukturun qurulmasına həsr edilmiş birgə konfrans keçirildi.
15 Dekabr 2017-ci il tarixində, Four Seasons Baku otelində keçirilən konfrans, biznes üçün innovativ texnoloji həllərin və məlumatların emalı mərkəzlərinin istehsalı sahəsində lider kimi tanınan Lenovo şirkəti, korporativ bulud hesablamalarının həlləri sahəsində lider olan Nutanix şirkəti və rezerv kopiyalama ilə virtual muhitin monitorinqi üzərində ixtisaslaşmış Veeam şirkəti tərəfindən təşkil edilmişdir. Tədbir Lenovo, Nutanix və Veeam-ın təklif etdikləri məhsulları əsasında müasir data-mərkəzlərində “görünməz” infrastrukturun qurulmasına həsr edilmişdir.
Konfransda səslənən məruzələr Lenovo, Nutanix və Veeam-in birgə qurduğu bu həllin komponentlərinin təqdimatına həsr olunmuşdur. Həmçinin, Azərbaycanda həyata keçirilən real layihələr də nümaiş edildi.
Nutanix şirkətinin Rusiya, MDB ölkələri və Şərqi Avropa üzrə regional deirektoru Piter Meycer (Peter Major) qonaqları öz çıxışı zamanı salamlayarkən qeyd etdi ki, ən qabaqcıl texnologiyalar həyat tərzimizi asanlaşdırır, lakin biz onları nadir hallarda görə bilirik. “Onlar gözə görünməz olublar. Məhs belə görünməz şəkildə çalışan İT infrastrukturunu ən yaxşısı adlandırmaq olar. Lenovo, Nutanix və Veeam tamamilə “görünməz” bir infrastrukturda biznes üçün istənilən əlavələri tədbiq etmək imkanı yaradır. Həmin infrastrukturu sayılan saatlarda genişləndirmək və bir toxunuşla idarə etmək mümkündür”.
Daha sonra tədbir iştirakçıları qarşısında Nutanix-in nümayəndəsi Roman Xmelevskiy məruzə ilə çıxış etdi. O, İT sahəsində “görünməz” infrastrukturun nüansları haqda danışdı. Lenovo Datacenter Group Departamentinin Azərbaycandakı əsas sifarişçilərlə iş üzrə rəhbəri Rasim Baxşi qonaqları Lenovo ThinkAgile aparat platforması ilə tanış etdi. Veeam şirkətini təmsil edən Pavel Kosarev isə məlumatların davamlı qorunması üzrə ən son məhsullarını təqdim etdi.
Vendorun təmsilçilərindən başqa Lenovo və Nutanixin məhsulları bazasında “fərdi buludun” yaradılması mövzusunda Delta Telecom şirkətinin nümayəndəsi Rüfət Talıbov da məruzə ilə çıxış etdi. “Lenovo ilə Nutanix-in birgə təklif etdiyi həlli korporativ sifarişçilərimiz üçün məlumatların emalı və saxlanılması üzrə müasir infrastrukturun yaradılması prosesini sadələşdirən bir sistemin yaradılmasına imkan yaratdı. Biz onu keyfiyyət baxımından yeni məhsuldarlıq və effektivlik səviyyəsinə çıxara bildik, eyni zamanda yatırımlara çəkilən xərcin çıxarılması dövrünü xeyli sürətləndirə bildik.” – deyə Delta Telekom nümayəndəsi bildirdi.
Birgə keçirilən konfrans çərçivəsində, Bona Dea Azerbaijan Beynəlxalq hospitalı timsalında uğur hekayəsi haqqında da danışıldı. Yeni xəstəxanada Lenovo və Nutanix məhsulları bazası əsasında ən müasir data-mərkəzi qurulmuşdur. “Fərdi buludun” qurulması üzrə unikallığı ilə seçilən bu layihə 72 müxtəlif tibbi əlavənin presedentsiz inteqrasiyasını özündə cəmləyir. Həmin əlavələr Lenovo HX platformasında tibbi proqram təminatlarının dünyaca məşhur istehsalçılar tərəfindən hazırlanıb. Eyni zamanda, əməliyyat sisteminin sonuncu versiyasının ən qabaqcıl imkanları və Nutanix-in AHV hipervizoru ilə dəstəklənir. İşəsalınma prosesi iki həftədən də az vaxt apardı və hal-hazırda sistemi cəmi iki mühəndis idarə edir.” – deyə Bona Dea Azerbaijan nümayəndəsi Ramiz Şirinov vurğuladı.
Qeyd edək ki, Lenovo və Nutanix tərəfdaşlığının Azərbaycandakı nailiyyətləri ötən ay Nis şəhərində keçirilən Nutanix .NEXT Avropa konfransında yüksək qiymətləndililmişdir. Azərbaycandan olan nümayəndə heyəti Nutanix şirkətinin həmtəsisçisi və rəhbəri Diraş Pandeylə (Dheeraj Pandey) və şirkətin prezidenti Sudiş Nairlə (Sudheesh Nair)görüş keçiriblər. Göruş zamanı Nutanix rəhbərliyi növbəti dəfə qeyd edib ki, yerlərdə olan belə
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
13 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
13 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
13 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
13 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
























