450-ə yaxın hədiyyə ilə Hərrac yenidən qarşınızda!
Hesab.az elektron ödənişlər portalı dekabrın 12-də hədiyyələr hərracına yenidən start verib.
"GoldenPay"ASC-dən "Marja"ya daxil olmuş məlumata görə, hərracda Hesab.az portalının qeydiyyatdan keçmiş istifadəçiləri 450-ə yaxın hədiyyə qazanmaq fürsəti əldə edir. Hədiyyələr aşağıdakı kimidir:
-FROM.AE-dən 5 ədəd telefon (Blackberry və Sony Xperia telefonları)
-40 ədəd Proda 5000 mAh powebankı
-4 ədəd 100 manatlıq Hesab.az hədiyyə kartı
-Unibank-dan 25 ədəd Albalı Plus Gold kartı
-Taxify-dan taksi gedişləri üçün hər biri 10 manat dəyərində 50 ədəd kupon
-Cinemaplus-dan 120 ədəd kinoteatr bileti
-20 ədəd hər biri 25 manat dəyərində bazarlıq kuponu
-Beauttech –dən xanımlar üçün 20 ədəd hər biri 50 manat dəyərində kupon
-Zeytun restoranına 20 ədəd hər biri 25 manat dəyərində kupon
-FS CLUB SPA şəbəkəsinə 35 ədəd iki girişlik kupon
-Bella Pizza-dan 30 ədəd 25 manatlıq kupon
-Sports Café-dən 20 ədəd 25 manatlıq bowling üçün kupon
-Portal Games 20 ədəd 3 nəfərlik istifadə kuponu
-Jeyhun Valiyev PF Club fitness zalına 20 ədəd 1 aylıq kupon
-Hesab.az 20 manatlıq 7 ədəd hədiyyə kartı
Hərracda iştirak etmək üçün əsas şərt hesab.az portalında qeydiyyatdan keçmiş olmaq və mütəmadi ödənişlər etməkdir. Hərracın ödəniş vasitəsi isə “bonuslar”dır.
Bəs bonuslar necə qazanılır:
Hesab.az vasitəsilə qeydiyyatdan keçən istifadəçilər ödəniş etdikləri zaman müəyyən xallar toplayırlar ki, bunlar da “Bonus” adlanır. Bonuslar hər ödəməyə görə ayrılıqda verilir və istifadəçinin hesab balansında toplanır. Bonusların həcmi ödəmələrin növündən asılı olaraq dəyişə bilər. Bonusların verilməsi “Hesabların ödənişi” bölməsində yerləşən kommunal, mobil, stasionar telefon, internet, tv və s ödəmələr və kinoteatrs ödənişi zamanı hər 1 qəpik üçün 1 bonus, kredit ödəmələrində isə hər 10 qəpik üçün 1 bonus olmaqla hesablanır. Qeydiyyatsız edilən ödənişlər və sığorta ödənişlərinə heç bir bonus hesablanmır.
Aşağıdakı mərhələlərdən keçməklə hərracda iştirak edə bilərsiniz:
1. "Şəxsi Kabineti"nizdə yerləşən "Hədiyyələrin siyahısı" düyməsini klikləyin.
2. Hər hansı bir hədiyyənin altında yazılan "İştirak etmək" düyməsini klikləyin. Bu zaman açılan pəncərədə siz, həmin hədiyyə üçün müəyyən edilmiş minimal lot və ya digər müştəri tərəfindən ən son edilmiş təklifi görəcəksiniz. Əgər bonusunuz kifayət edirsə, daha çox bonus təklif edirsiniz.
Əgər 24 saat ərzində sizdən daha çox bonus təklif edən olmazsa, siz həmin hədiyyənin sahibi olursunuz. Əgər sizin təklifinizdən daha çox təklif olarsa, sizin hədiyyə üçün təklif etdiyiniz bonuslar geri qaytarılır.
Qaydalar ilə burada tanış ola bilərsiniz - Qaydalar
Ətraflı Hesab.az portalının rəsmi facebook səhifəsində - https://www.facebook.com/hesabaz/ öyrənə bilərsiniz.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 11 saat sonra
-
2 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 4 saat əvvəl
-
5 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 6 saat əvvəl
-
8 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi


















