Türkiyə bankları şokda - ZƏRRAB ONLARI SATDI
ABŞ-ın İrana qarşı embarqosuna əməl etmədiyi iddiası ilə həbs olunan Türkiyə və İran vətəndaşı iş adamı Rza Zərrab (Reza Zarrab), keçmiş "Halkbankası"nın Baş direktor müavini Mehmet Hakan Atillanın 50 ilə qədər həbs və 2 milyon dollar cərimələnməsi tələbi ilə mühakimə olunduğu məhkəmədə şahid sifətilə ikinci dəfə hakim qarşısına çıxıb. (Qeyd edək ki, Atilla da tətbiq edilən sanksiyaları pozmaqda, bank sistemində saxtakarlıq etməkdə günahlandırılır. Hakim,"onun günahı sübut olunsa 50 il həbs və 2 milyon dollar pul cəzası ala bilər" demişdi)
“Marja” xəbər verir ki, Zərrab, ifadəsində "Halkbank" üzərindən edilən qızıl ticarətinə “Vakıfbank” və “Ziraat Bankası”nın cəlb edilməsi üçün dövrün Baş naziri Rəcəb Tayyib Ərdoğan və dövrün Baş nazirin müavini Ali Babacandan təlimat aldığını iddia edib.
İran Milli Neft Şirkəti (NIOC) rəsmiləri ilə dövrün İqtisadiyyat Naziri Zəfər Çağlayan arasındakı danışıqlara toxunun Zərrab, o vaxt "Halkbank"ın Baş direktoru olan Süleyman Aslan ilə müqəssir ( təqsirkar, günahkar) Mehmet Hakan Atillanın da iclaslarda olduğunu bildirib.
İclasda Çin bazarına da girməyə çalışdığını deyən Rza Zərrab, İranla iş gördüyü üçün Çində problem yaşadığını və dövrün Daxili İşlər Naziri Muammer Gülerin oğlu Barış Güler-dən kömək istədiyini söyləyb.Barış Gülerin ona məsləhət verdiyini qeyd edən Zərrab, "Atası Barış Güler mənim üçün Çindəki banklara tövsiyə məktubu yazması üçün Barış Güler-ə 100 min dollar verdim", deyib.
Zərrab, təkcə Türkiyənin İrandan aldığı təbii qaz və neftin deyil, Hindistanın aldığı neft və qaz ödəmələrinin də "Halkbank" üzərindən keçirildiyini iddia edib.
Zərrab, dünən "45-50 milyon Avro, 7 milyon dollar və 2,4 milyon Türk lirəsi rüşvət verdim" iddiasında olduğu Zafer Çağlayan üçün "Zafer Çağlayandan xəbərsiz heç bir şey etməmişəm, şirkətimin qeydlərinə bəzən nəzarət edirdi", ifadəsini istifadə edib.
"Süleyman Aslana rüşvət vermək üçün Zafer Çağlayandan icazə istədiyini" deyən Zərrab "Süleyman Aslana rüşvət vermək Çağlayana rüşvət verməkdən daha vacib idi, çünki Aslan qapının yekun gözətçisi idi" - deyib.
İranın qaz və neft satışlarından əldə etdiyi pulu sanksiyalar səbəbilə beynəlxalq bazarda istifadə edə bilmədiyini deyən Zərrab, bunun üçün Türkiyədə bir bankda hesab açmağa çalışdıqlarını, "Aktif Bankı" bu kontekstdə istifadə etdiklərini söyləyib.
"Aktif Bank"da hesab açılması üçün dövrün Avropa Birliyi naziri Egemen Bağış-ın ona vasitəçilik etdiyini deyən Zərrab, sonra bankın baş direktoru ilə görüşdüklərini və hesabın da açıldığını bildirib.
Hesabın gündəlik əməliyyat həcminin 5 ilə 10 milyon avro arasında olduğunu da qeyd edən Zərrab, bir müddət sonra özünün vasitəçilikdən çıxdığını və "Aktif Bank"ın İranlılarla birbaşa çalışdığını da sözlərinə əlavə edib.
BANKLAR İDDİALARI RƏDD EDİR
Dünən "Halkbank", "Aktifbank" və "Ziraat Bankası" məsələyə dair verdikləri açıqlamalarda iddiaları təkzib edərək, bank xidmətlərində beynəlxalq bankçılıq qaydalarını pozmadıqlarını bəyan ediblər.
Reuters-ə danışan "Ziraat Bankası"nın yüksək vəzifəli bir səlahiyyətlisi, Rza Zarrabın Nyu-Yorkda keçirilən məhkəmədə "Ziraat Bankası" qarşı iddialarını rədd edib. Bank rəsmisi, "Ziraat Bankası"nın beynəlxalq tələblərə uyğun hərəkət etdiyini deyib.
"Aktifbank" da, İran embarqosunu pozduğuna dair iddiaları cavablandırıb. Bank məsələyə dair belə açıqlama edib:
"ABŞ-da keçirilən məhkəmədə, Bankımızın əleyhinə iddialar irəli sürülmüşdür. Bu günə qədər Bankımız tərəfindən ABŞ və digər beynəlxalq sanksiyaların pozulmasına dair hər hansı bir əməliyyat keçirilməyib. Beləliklə, Bankımız keçmişdə və bu gün istər milli, istərsə də beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində işlədiyindən, məhkəmə nəticəsində tərəfimizə yönəldilən hər hansı bir mənfi nəticə olmayacaq".
"Halkbank" da eyni məsələyə dair verdiyi bəyanatda, bank xidmətlərində beynəlxalq bankçılıq tələblərinə və qaydalarına əməl etdiklərini qeyd edib.
Qeyd edək ki, ABŞ bu günə qədər embarqonu pozduğuna görə dünyanın müxtəluf ölkələrinin banklarını 60 milyard dollar cərimələyib. ABŞ Xəzinə Nazirliyinin Xarici Vəsaitlərə Nəzarəti Ofisi (OFAC) bu məsələdə bir çox bankı cərimələyib. Ən yüksək cərimə, İran, Sudan və Kuba kimi ölkələrə tətbiq olunan sanksiyaları pozduğuna görə Fransanın iri banklarından biri olan BNP Paribas-a yazılıb.
Türkiyə banklarının da böyük məbləğdə cərimələnəcəyi gözlənilir.
İRANA EMBARQOYA ƏN ÇOX ABŞ ŞİRKƏTLƏRİ ƏMƏL ETMƏYİB
.
Analitiklər bildirirlər ki, ABŞ, Rza Zarrabın İranla apardığı ticarəti əsas göstərib, Türkiyəni qaralamağa çalışır.
ABŞ, öz şirkətlərinin İranla əməkdaşlığını görmür. Dünyada İrana ən çox mal satan şirkətlər ABŞ-ın "Bunga" və "Cargill" şirkətləridir.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
3 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
3 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
4 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
-
5 saat əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib
Azərbaycanın Portuqaliyada Səfirliyi təsis edilib

























