Sığortaçılara "102-ci maddə ilə" tədbir çox qorxulu göstərişdir
Xəbər verdiymiz kimi, 27.09.2017-31.10.2017 aralığında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına əsasən “AXA Mbask” Sığorta şirkətində yoxlama keçirilmişdir.
Yoxlamaların, sığorta şirkətlərinin icbari sığortada qanunsuz endirimlər etdikləri üçün aparıldığı bildirilir.
Aparılmış yoxlama nəticəsində müəyyən edilən nöqsanların aradan qaldırılması məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinə əsasən “AXA Mbask” Sığorta şirkətinə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş-Təqdimat verilmişdir.
Bəs “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsində nə yazılıb. "Marja" qanunun həmin maddəsini təqdim edir.
Maddə 102. Maliyyə bazarlarına nəzarət orqanının təqdimatları
102.1. Aparılan təhlillər, araşdırmalar və ya yoxlamalar nəticəsində sığortaçıların, aktuarilərin və sığorta vasitəçilərinin fəaliyyətində sığorta qanunvericiliyinin pozulması və ya buna şərait yarada bilən hallar aşkar edildikdə maliyyə bazarlarına nəzarət orqanı onlara belə pozuntu və (və ya) halların müəyyən müddət ərzində aradan qaldırılmasına, yaxud qarşısının alınmasına dair icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş – təqdimat verir.
102.2. Maliyyə bazarlarına nəzarət orqanı təqdimat verməklə, sığortaçılardan, aktuarilərdən və sığorta vasitəçilərindən onlara aid olan hallarla bağlı müvafiq olaraq aşağıdakıları tələb edir:
102.2.1. sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı normativlərə əməl edilməsini, bu məqsədlə onun öz vəsaitinin artırılmasını, aktivlərinin likvidliyinin təmin edilməsini;
102.2.2. yeni filiallar açılmasının dayandırılmasını, mövcud filialların fəaliyyətinin dayandırılmasını, yaxud ləğv edilməsini;
102.2.3. sığortaçının daxili nəzarətinin həyata keçirilməsi qaydalarında dəyişikliklər edilməsini;
102.2.4. qanunvericiliyin tələblərinə riayət edilməməsinin və ya buna şərait yarada bilən halların müəyyən müddət ərzində aradan qaldırılması üçün tədbirlər planının müəyyən edilməsini;
102.2.5. aşağıdakı hallarda sığortaçının müvafiq orqanı tərəfindən məsələyə baxılıb qanunazidd hallar və (və ya) nöqsanlar aradan qaldırılanadək sığortaçının rəhbər işçisinin vəzifəsindən kənarlaşdırılmasını:
102.2.5.1. sığortaçının rəhbər işçisinin hərəkətlərinin bu Qanunun tələblərinə uyğun olmadığını hesab etmək üçün əsaslar olduqda;
102.2.5.2. sığortaçının rəhbər işçisi sığortaçıdakı vəzifəsinin icrası ilə bağlı 1 il ərzində ən azı iki dəfə inzibati məsuliyyətə cəlb olunduqda;
102.2.6. Bu Qanunun 96-cı maddəsində nəzərdə tutulmuş haqların sığortaçı tərəfindən həyata keçirilməsini;
102.2.7. ödənilməsindən qanuni əsas olmadan imtina edilmiş sığorta ödənişinin həyata keçirilməsini;
102.2.8. maliyyə bazarlarına nəzarət orqanının, yaxud onun səyyar yoxlayıcısının tələb etdiyi sənədlərin və məlumatların təqdim edilməsini;
102.2.8-1. sığortaçının rəhbər işçisi vəzifəsini icra edən səlahiyyətli şəxsin bu Qanunda müəyyən edilmiş qaydada təyin edilməsini;
102.2.8-2. sığortaçının rəsmi internet səhifəsinin və elektron informasiya sisteminin mövcudluğunun, həmçinin onların maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi minimum tələblərə uyğunluğunun təmin edilməsini;
102.2.9. sığorta qanunvericiliyi ilə əlaqədar olan digər nöqsan və çatışmazlıqların aradan qaldırılmasını;
102.2.10. sığortaçının bank hesablarındakı vəsaitləri və bu vəsaitlərin müvafiq dövr üzrə hərəkəti və ya onlarla bağlı aparılmış əməliyyatlar barədə bank sənədləri ilə əsaslandırılmış məlumatların təqdim edilməsini.
102.3. Maliyyə bazarlarına nəzarət orqanının müvafiq təqdimatında icrası məcburi olan hər bir göstərişin səbəbi və yerinə yetirilməsinin son tarixi göstərilməlidir.
102.4. Bu Qanunun 102.1-ci maddəsinə uyğun olaraq aşkar edilmiş hallardan asılı olaraq, maliyyə bazarlarına nəzarət orqanının müvafiq təqdimatı bu Qanunun 102.2-ci maddəsində nəzərdə tutulmuş tələblərdən birini və ya bir neçəsini əhatə etməlidir.
102.5. Rəhbər işçi bu Qanunun 102.2.5-ci maddəsində nəzərdə tutulmuş hallarda bir sığortaçıda vəzifəsindən ən azı iki dəfə kənarlaşdırılmış olduqda maliyyə bazarlarına nəzarət orqanının iddiası əsasında onun sığortaçılarda rəhbər işçi vəzifəsi tutmaq imkanı məhkəmənin qərarı ilə 5 il müddətində məhdudlaşdırıla bilər.
102.6. Bu Qanunun 102.2.7-ci maddəsinə əsasən verilən təqdimat vaxtında və (və ya) tam yerinə yetirilmədikdə maliyyə bazarlarına nəzarət orqanı sığorta müqaviləsinə uyğun olaraq hesablanmış sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığortaçının bank hesablarından ödənilməsi üçün banklara və ya digər kredit təşkilatlarına icrası məcburi olan icra (ödəniş) sənədi - sərəncam verməlidir.
102.7. Sığorta fəaliyyətinə nəzarət çərçivəsində, maliyyə bazarlarına nəzarət orqanı sığortaçının bank hesablarındakı vəsaitləri və bu vəsaitlərin hərəkəti barədə banklardan məlumat tələb edə bilər. Bu tələbə vaxtında və tam əməl etməyən banklar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyəti daşıyırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
3 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
3 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
4 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
5 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
5 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
5 saat əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
6 saat əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Ən çox oxunanlar
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb


























