117 mindən 127-yə düşüb - 921 DƏFƏ AZALMA
"Ölkə başçısı tərəfindən sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı verilən qərarlar və görülən sistemli tədbirlər iqtisadiyyatın dayanıqlı inkişafı baxımından strateji xarakter daşıyır".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun tətbiqindən sonrakı 24 ay ərzində vergi yoxlamaları istisna olmaqla cəmi 127 yoxlama keçirilib: "Yoxlamaların dayandırılmasından əvvəlki 24 ay ərzində isə bu say 117 mindən çox olub".
Ş.Mustafayev deyib ki, bu müsbət təcrübəni nəzərə alaraq, ölkə başçısı tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamalar növbəti dəfə 1 yanvar 2021-ci il tarixinədək dayandırılıb.
Qurum rəhbəri əlavə edib ki, lisenziyalaşdırma prosesinin sadələşdirilməsi və şəffaflığın təmin olunması nəticəsində İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində cari ilin ötən dövrü ərzində 4700-ə yaxın müddətsiz lisenziyalar verilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
5 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
5 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
6 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
7 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
7 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib

























