Beynəlxalq Bankda 1-ci müavin təyin edildi
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının toplantısı keçirilib.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, toplantıda Bankın İdarə Heyətinə yeni üzvün qəbulu və onun İdarə Heyəti sədrinin 1-ci müavini vəzifəsinə təyinatı məsələsinə baxılıb. Abbas Məmmədəli oğlu İbrahimov ABB-nin İdarə Heyətinin üzvü və İdarə Heyəti sədrinin 1-ci müavini vəzifəsinə təyin edilib.
Abbas İbrahimov 1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində İş iqtisadiyyatı üzrə bakalavr, 2003-2005-ci illərdə İstanbul Texniki Universitetində Biznes inzibatçılığı üzrə (maliyyə istiqaməti) magistr dərəcəsi alıb. Bank-maliyyə sektorunda fəaliyyətə 2005-ci ildə “Bank of Baku” ASC-də Tədqiqat və inkişaf departamentinin mütəxəssisi kimi başlayıb. Ayrı-ayrı vaxtlarda Ödəniş kartları bölməsinin rəhbəri, Məhsulların yaradılması və idarə edilməsi departamentinin direktoru, Bankın İdarə Heyəti sədrinin müavini olub. Son təyinata qədər “Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Xalid Əhədovun rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Bankının yeni üzvlərlə gücləndirilmiş peşəkar idarəetmə komandasının qarşıya qoyduğu əsas hədəflər xərclərin optimallaşdırılması, restrukturizasiya tədbirlərinin həyata keçirilməsi hesabına fəaliyyətin effektivliyinə qısa zamanda nail olmaq, ABB-nin sağlamlaşdırılması prosesini bu il uğurla başa çatdırmaq, həmçinin Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq Fərmanında qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirməkdir.
36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankı hazırda aktivlərinin həcminə, müştəri bazasına, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 12 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
1 saat əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Ən çox oxunanlar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb






















