SOCAR İstiqrazı sahibləri aşağı faizlərlə kredit götürə biləcəklər
Azərbaycanın qiymətli kağızlar bazarında ilk dəfə olaraq SOCAR İstiqrazları ilə müntəzəm REPO əməliyyatlarına başlanıb.
SOCAR İstiqrazlarının marketmeykeri olan "PSG Kapita" şirkətinin məlumatına görə, artıq noyabrın 10-dən etibarən SOCAR İstiqrazlarının sahibləri olan fiziki və hüquqi şəxslər Bakı Fond Birjasında (BFB) istiqrazlar üzrə REPO əməliyyatlarından istifadə edərək qısa müddətli kreditlər əldə edə biləcəklər.
Xatırladaq ki, REPO əməliyyatı – qiymətli kağızın sonradan geri satılmaq şərti ilə alqı-satqı əməliyyatıdır. Bu zaman qiymətli kağızan geri alınma qiyməti də əvvəlcədən müəyyən edilir. REPO əməliyyatı vasitəsilə qiymətli kağız sahibi olan fiziki və hüquqi şəxslər ehtiyac yarandığı halda qısa müddətdə və olduqca aşağı faiz dərəcəsi ilə vəsait (ani likvidlik) cəlb edə bilirlər.
REPO əməliyyatları qiymətli kağızlar bazarında aparılan əsas əməliyyavlardan və kağız sahibləri üçün yaradılan mühüm imkanlardan biri sayılır. İnkişaf etmiş qiymətli kağızlar bazarlarında REPO əməliyyatları və onlar vasitəsilə vəsait cəlb olunması geniş yayılıb.
Adətən REPO əməliyyatlarının müddəti (yəni bu əməliyyat çərçivəsində cəlb edilən vəsaitin qaytarılması müddəti) bir neçə gün davam edir. "PSG Kapital"dan verilən məlumata görə, SOCAR İstiqrazları ilə REPO əməliyyatları ilkin olaraq 3 və 7 günlük nəzərdə tutulub.
3 günlük REPO əməliyyatları illik 3,5%-lə, 7 günlük əməliyyatlar isə illik 3,75%-lə aparılacaq. Başqa sözlə, istiqraz sahibləri REPO əməliyyatlarından istifadə etməklə 3 və 7 günlük müddətlərdə illik 3,5-3,75%-lə qısa müddətli kreditlər ala (vəsaitlər cəlb edə) biləcəklər.
İlkin olaraq gündəlik 2 milyon dollarlıq REPO "pəncərəsi" açılıb. Bu vəsaitin 1 milyon dolları 3 günlük, 1 milyon dolar isə 7 günlük əməliyyatlar üçün nəzərdə tutulub.
«Amma müştərilərin tələbatından asılı olaraq həm REPO üçün vəsaitlərin həcmi, həm də REPO əməliyyatının müddəti dəyişə və bir ayadək uzadıla bilər.-deyə "PSG Kapital"dan bildirilib.
Digər mühüm məqam, REPO əməliyyatları vasitəsilə istiqraz sahiblərinin cəlb edə biləcəyi vəsaitin həcmi ilə bağlıdır. Qeyd edək ki, müxtəlif qiymətli kağızlar üzrə REPO məbləğləri fərqlənir. SOCAR İstiqrazları etibarlı qiymətli kağız sayıldığına və BFB-nin əsas listinqində əməliyyat edildiyinə görə, bu kağızlar üzrə «hair cut» (təminat əmsalı) cəmi 5% təşkil edir. Yəni istiqraz sahibləri REPO əməliyyatları vasitəsilə sahib olduğu istiqrazların dəyərinin 95%-i həcmində vəsait cəlb edə biləcəklər. Xatırladaq ki, hazırda Azərbaycanın qiymətli kağızlar bazarındakı digər korporativ istiqrazlarda «hair cut» 40% təşkil edir, başqa sözlə, həmin istiqrazların sahibləri REPO əməliyyatları vasitəsilə sahib olduğu istiqrazların nominal qiymətinin cəmi 60%-i qədər vəsait cəlb edə bilərlər.
REPO əməliyyatlarının istiqraz sahibləri üçün digər üstünlüyü vəsaitlərin olduqca aşağı faizlə cəlb edilməsidir. Belə ki, illik 5% gəlirliyə malik olan SOCAR İstiqrazlarının sahibləri vəsaitləri daha aşağı faizlərlə cəlb edə biləcək, bununla da onların qazancları heç bir halda azalmayacaq.
"PSG Kapital"da bildirilib ki, REPO əməliyyatları xüsusilə ani likvidliyə ehtiyac yaranan hüquqi şəxslər, bank və sığorta şirkətləri üçün faydalı olacaq: "SOCAR İstiqrazları ilə REPO əməliyyatlarının başlanması likvidliyin təminatına dəstəklə yanaşı, ümumilikdə qiymətli kağızlar sektoruna inamı yüksəldəcək".
SOCAR İstiqrazları ilə REPO əməliyyatlarının başlanması Azərbaycanın qiymətli kağızlar bazarı və qiymətli kağızların sahibləri, ümumilikdə ölkə iqtisadiyyatı üçün mühüm yenilikdir. Bu əməliyyat vəsitəsilə istiqraz sahibləri digər mənbələrə ehtiyac olmadan özlərinin likvid vəsaitlərə olan tələbatlarını ödəyəcəklər. Başqa sözlə, REPOr əməliyyatları vasitəsilə sirkət və fiziki şəxslər yeni maliyyələşmə imkanı qazanırlar.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 8 saat sonra
-
-
3 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
7 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
10 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb

























