Bakının bu hissəsində 1 hektarda cəmi 100 ailə yaşayacaq
Ağ Şəhər layihəsində 1 hektar ərazidə 100-110 ailə yaşayacaq. Bu barədə layihədəki yaşayış kompleksindən bildirilib.
Məlumata görə, Ağ Şəhər bir çox standartları qoruyur: "Bu standartlar nələrdir? Məsələn, kvadart metr ərazidə adambaşı yaşayış standartı var. Bakıda ən sıx yaşayış olan ərazi 28 May Metrosu ətrafıdır. Şəhərin bu hissəsində bir hektar ərazidə 1200-1400 ailə yaşayır. Ağ Şəhərdə isə eyni ərazi üçün 100-110 ailənin yaşaması nəzərdə tutulub. Göründüyü kimi, ortada 10 dəfə fərq var. Burada həmin standartları qoruyuruq”.
Layihə üzrə bəzi yaşayış komplekslərində isə bu rəqəm hətta 90 ailəyə qədər aşağıdır: “Yaşayış kompleksinin hektar yarım ərazisi var və bu ərazidə cəmi 90 ailə yaşayacaq. Yəni böyük bir kompleksdə 90 ailə bir-birini tanıyacaq”.
Kompleksdən bildirilib ki, Ağ şəhərdə bütün infrastruktur nəzərə alınıb. Yəni, burada dövlət məktəblərindən, xəstəxanalardan, biznes mərkəzləri və hotellərdən tutmuş heyvanlar üçün nəzərdə tutulan xəstəxanalara kimi hər şey olacaq:”Yaşayış üçün nə lazımdırsa, bu layihədə var”.
© Fins
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
8 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
8 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
























