Ən çox məhsul ixrac edən 10 özəl şəxsin adı açıqlanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr ayı üçün sayı təqdim olunub.
İcmalın bu sayında göstərilir ki, 2017-ci ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 69 milyon ABŞ dolları həcmində olmuş və bu ixrac əməliyyatlarında 1582 subyekt iştirak edib.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017- ci ilin 9 ayında qeyri-neft sektoru üzrə ixrac 25 faiz həcmdə artıb. Cari ilin 9 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya liderliyi qoruyub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin 9 ayı ərzində bu ölkəyə 366 milyon ABŞ dolları dəyərində ixrac olmuşdur. Növbəti yerləri isə Türkiyə (223 milyon ABŞ dolları), Gürcüstan (99 milyon ABŞ dolları), İsveçrə (98 milyon ABŞ dolları) və Türkmənistan (44 milyon ABŞ dolları) bölüşür.
2017-ci ilin 9 ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinciliyini qoruyub (128.8 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri qızıl (81.4 milyon ABŞ dolları), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (62 milyon ABŞ dolları) tutub.
Ümumiyyətlə isə 9 ay ərzində meyvə-tərəvəz ixracı 307 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 87 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 78 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 61 milyon, kimya sənayesi məhsullarının ixracı 58 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayı ərzində pambıq lifi ixracı 8.5 dəfə, elektrik enerjisi ixracı 2.8 dəfə, çay ixracı 62 faiz, meyvə-tərəvəz ixracı 41 faiz, spirtli və spirtsiz içkilərin ixracı 28 faiz, kimya sənayesi məhsulları ixracı 25 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 22 faiz, bitki və heyvan mənşəli piylərin və yağların ixracı 17 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 10 faiz artıb.
Cari ilin sentyabr ayında isə qeyri-neft sektoru üzrə 395 subyekt tərəfindən 106 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib.
Sentyabr ayı üzrə ixrac olunan əsas mallar qabığı təmizlənmiş meşə fındığı, qızıl, metanol (metil spirti), alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, alma, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr, ağ şəkər, soğan, xiyar və kornişonlar, mis filizləri və konsentratları, gavalı və göyəm, doymamış propen (propilen), şaftalı və s. olmuşdur. Sentyabr ayında qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 23.5 milyon ABŞ dolları təşkil edib.
Ötən ayda qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya yenidən birinciliyə yüksəlib. Sonrakı yerlərdə isə Türkiyə, İsveçrə, İtaliya, Gürcüstan və digər ölkələr qərarlaşıb.
“İxrac İcmalı”nın bu sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2017-ci ilin 9 ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin və fiziki şəxslərin siyahısında ilk onluqda ”Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Baku Steel Company” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Sun Food” MMC, Talıbov Zabil Ocaqverdi oğlu, “CTS-Agro” MMC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, Fətəliyev Süleyman Məmməd oğlu və “Food Export Şəmkir” MMC təmsil olunur.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda “Marketinq və İqtisadi Əməliyyatlar idarəsi”, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ATSC,”Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, “SOCAR Methanol” MMC, “Geofizika və Geologiya İdarəsi”, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC, “Azərbaycan Dəmir Yolları” QSC və “Naxçıvan MR Dövlət Energetika Agentliyi” təmsil olunurlar.
“İxrac İcmalı”nda 2017-ci ilin 9 ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 9 ayı ərzində dünyanın 60 ölkəsindən 355.8 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olmuşdur. Azexport.az portalına 2017-ci ilin sentyabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri isə 47.4 milyon ABŞ dolları təşkil edib.
Azexport.az portalına daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (18.2%) ilə yanaşı Türkiyənin (6.7%), Ukraynanın (6.3%), Hindistanın (4.9%) və ABŞ-ın (4.6%) adı var. Sentyabr ayında diqqət çəkən məqamlardan biri Hindistandan daxil olan ixrac sifarişlərinin artmasıdır. Ötən ayda daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olur ki, sentyabr ayında ən çox ixrac sifarişi fındıq ləpəsinə, almaya, xiyara, kartofa, sarımsağa, şəraba və s. mallara daxil olub. Qırğızıstan Respublikasından pambıq yağına daxil olan sifariş həcmi böyük olduğu üçün yerli şirkətlər onu ancaq pambıq yığımı tam başa çatandan sonra qarşılaya biləcəklərini bildiriblər. Digər sifarişlər də Azexport.az portalının komandası tərəfində müvafiq yerli istehsalçılara yönəldilib.
Həmçinin “İxrac İcmalı”nda Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransının keçirilməsi, ixracatçılara ixrac təşviqinin ödənilməsi, “ANUGA” Sərgisi, Gənclərin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə ziyarəti, Global G.A.P təliminin keçirilməsi və s. məsələlər barədə də məlumatlara yer verilib.
“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.
“İxrac İcmalı”ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
http://iqtisadiislahat.org/store//media/documents/ixrac_icmali/oktyabr/ExportReview_2017_7.pdf
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 14 saat sonra
-
8 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 8 d. əvvəl
-
40 d. əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 3 saat əvvəl
-
6 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
6 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bu gün Prezidenti İlham Əliyevin doğum günüdür
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ən çox oxunanlar
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi


















