Azərbaycanda səs salan viral kampaniyanın səhifəsi "hack" edilib - YENİLƏNİB
#4noyabr viral kampaniyasının təşkilat komitəsi bildirib ki, kampaniyanın səhifəsinə idarəçilikləri bərpa edilib.
"Əziz dostlar, bildiyiniz kimi bu gecə kimliyi məlum olmayan şəxslər tərəfindən Facebook səhifəmiz ələ keçirilmiş və səhifə idarəçiliyi əlimizdən alınmışdı. #4noyabr viral kampaniyasının təşkilat komitəsi olaraq bildirmək istəyirik ki, Facebook-a müraciətimiz əsasında kampaniyanın səhifəsində olan idarəçiliyimiz bərpa edilib. Hüquq-mühafizə orqanlarına da rəsmi müraciətimiz ünvanlanıb, hadisənin necə baş verməsi araşdırılır. Dəstəyinizə görə, təşəkkür edirik. Sizin dəstəyiniz bir daha #4noyabr marketinq hadisəsinə marağınızı və rəğbətinizi göstərməklə yanaşı, eyni zamanda, bizi daha çox hədiyyələrin cəlb olunması, kampaniyanın daha da yaxşı formada həyata keçirilməsi üçün həvəsləndirir".
XXX
#4noyabr Facebook səhifəsi bu gecə "hack" edilib.
Səhifə oktyabrın 12-dən 13-nə keçən gecə kimliyi hələ məlum olmayan şəxslər tərəfindən ələ keçirilib.
Belə ki, bu gecədən etibarən adminlər (təşkilatçılar) səhifənin idarəçiliyindən məhrum ediliblər. Yerli marketoloqların heç bir brendə bağlı olmadan təşkil etidiyi #4noyabr viral kampaniyasının Facebook səhifəsində təşkilatçılar mütamadi olaraq yeniliklər və vəd olunan hədiyyələr barədə məlumat paylaşırdılar.
#4noyabr viral kampaniyasının təşkilatçılardan olan Elgün Namazlı "Marja"yabildirib ki, bu barədə hüquq-mühafizə orqanlarına müraciət hazırlayırlar:
"Bu #4noyabr viral kampaniyasının uğurunu qəbullana bilməməkdir. Eyni zamanda bu bir cinayətdir. Başqa şəxslərin yaratdığı səhifəni gizli yollarla ələ keçirmək və idarə etməyə çalışmaq cinayətdir. İnanırıq ki, hüquq-mühafizə orqanlarının köməyi ilə tezliklə xəkləyənlərin kimliyi məlum olacaq. Təcrübədən görmüşük ki, hüquq-mühafizə orqanlarının ayıqlığı və sayıqlığı nəticəsidə xəkləyənlərin kimliyi tezliklə aşkarlanır.
Ona görə də bildirmək istəyirik ki, səhifənin idarəçiliyi yenidən bizə qayıdana qədər həmin səhifədə paylaşılan heç bir material üçün məsuliyyət daşımırıq. #4noyabr Azərbaycanda ən çox səs gətirən viral kampaniyadır. Kampaniya iştirakçılarına bildirmək istəyirik ki, müsabiqənin şəffaflığı və gedişatı ilə bağlı narahat olmasınlar, bütün hədiyələrin qeydiyyatı aparılıb, bütün loglar qeydə alınıb. Facebook səhifəsi yalnız hədiyyələri nümayiş etdirmək üçün istifadə olunurdu. Hər kəsi səsləyirik ki, #4noyabr həştəqi ilə sosial şəbəkələrdə paylaşım etməyə davam etsinlər."
Xatırladaq ki, bundan əvvəl də #4noyabr kampaniyası ilə bağlı "Facebook"da bir neçə saxta səhifələr açılıb. Bununla bağlı da təşkilatçıların mediada fikirləri səsləndirilib.
Qeyd edək ki, #4noyabr Azərbaycanda ilk dəfə heç bir brendə bağlı olmadan yerli marketoloqların birgə komanda şəklində hazırladığı viral kampaniyadır. Kampaniya çərçivəsində #4noyabr həştəqi ilə Sosial Şəbəkələrdə paylaşım edən istifadəçilərdən biri təsadüfi seçiləcək və hədiyyələrlə mükafatlandırılacaq. Müxtəlif biznes qurumları da viral kampaniyaya qoşulub və hədiyyələr vəd ediblər. Mükafatların həcmi 20 min manatdan artıq ölçülür. Azərbaycanda bu tip viral kampaniya heç zaman keçirilməyib, bu ilkdir. 4 Noyabr tarixində nə baş verəcəyi isə gün ərzində saytımızda yayımlanacaq. İzləmədə qalın.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
8 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
8 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























