Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
(®) Azərbaycanın aparıcı tikinti-developer şirkətlərindən biri olan "Avant Group", Bakıda keçirilən nüfuzlu 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) uğurla iştirak edib.
Şirkət qlobal urbanizasiya və dayanıqlı şəhərlər mövzusuna həsr olunmuş tədbirdə özünün lüks layihələrindən biri olan "Avenue 8" layihəsi ilə təmsil olunub.
Müasir memarlıq konsepsiyası ilə seçilən "Avenue 8", beynəlxalq ekspertlərin, xarici nümayəndə heyətlərinin və sahə mütəxəssislərinin diqqət mərkəzində olub. "Avant Group"un stendini ziyarət edən qonaqlara layihənin inkişaf mərhələləri, funksional üstünlükləri və ekoloji dayanıqlılıq prinsipləri barədə ətraflı məlumat verilib.
Forum çərçivəsində keçirilən görüşlərdə "Avant Group"un Direktorlar Şurasının sədri Əli Hüseynov şirkətin əsas hədəflərini vurğulayıb: "Müasir şəhərsalma və memarlıq tələblərini rəhbər tutaraq, biz sadəcə adi bir layihə deyil, şəhərin memarlıq mühitinə dəyər qatacaq eleqant və ikonik məkanlar ərsəyə gətirməyə çalışırıq. 'Avenue 8' də məhz bu yanaşmanın bariz nümunəsidir."
Ümumilikdə, forum çərçivəsində nümayiş olunan "Avenue 8" layihəsi həm yerli, həm də xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Müasir şəhərsalma prinsiplərini fərqli memarlıq fəlsəfəsi ilə birləşdirən bu konsept, gələcəyin modern və funksional yaşayış standartlarını bu gün formalaşdırmağı hədəfləyir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
9 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
9 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
14 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 20 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb

























