“İran ilə bağlanacaq müqavilə ya böyük və mənalı bir razılaşma olacaq ya da ümumiyyətlə razılaşma olmayacaq”
Tramp İran ilə aparılan danışıqlarla bağlı qırmızı xətlərini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp İran ilə gözləntilərinə uyğun nəticə əldə olunmayacağı təqdirdə razılaşmanın baş tutmayacağı mesajını verib.Qlobal bazarlar ABŞ-İran xəttində aparılan sülh danışıqlarından gələcək siqnallara fokuslandığı bir vaxtda, ABŞ Prezidenti Donald Tramp özünə məxsus sosial media platforması "Truth Social" üzərindən etdiyi paylaşımda Tehran rəhbərliyi ilə aparılan nüvə və digər danışıqlarla bağlı qırmızı xətlərini açıqlayıb.
Marja.az xəbər verir ki, danışıqların gələcəyi ilə bağlı açıq mesaj verən Trump, “İran ilə bağlanacaq müqavilə (razılaşma - red) ya böyük və mənalı bir razılaşma olacaq, ya da ümumiyyətlə razılaşma olmayacaq,” ifadələrini işlədib.
Trump "Truth Social" paylaşımında yeni razılaşmanın parametrlərinə də toxunaraq hədəflənən paktın "Joint Comprehensive Plan of Action"ın (JCPOA - Birgə Hərtərəfli Fəaliyyət Planı) “tam əksi” olacağını vurğulayıb. Keçmiş nüvə sazişini sərt ifadələrlə tənqid edən ABŞ Prezidenti, “JCPOA bir fəlakət idi. İran üçün nüvə silahına gedən birbaşa və açıq yol idi,” iddiasını yenidən səsləndirib.
Pekin və Yeni Dehli xəttində aparılan danışıqlar, uran ehtiyatının ölkə xaricinə çıxarılması maddəsi, İranın dini liderinin “Uran İranda qalacaq” istiqamətində verdiyi qəti göstəriş səbəbindən ötən günlərdə dalana dirənmişdi.
Trampın bu son çıxışı nüvə inventarının təhvil verilməsi və Hörmüz boğazının daimi şəkildə dəniz nəqliyyatına açılması məsələlərində geri addım atmayacağını göstərir.
Qeyd edək ki, Joint Comprehensive Plan of Action (JCPOA) — Azərbaycan dilində “Birgə Hərtərəfli Fəaliyyət Planı” adlanır. Bu, 2015-ci ildə İran ilə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və Avropa İttifaqı arasında imzalanmış nüvə sazişidir.
Razılaşmanın əsas məqsədi İranın nüvə proqramını məhdudlaşdırmaq qarşılığında ölkəyə tətbiq edilən beynəlxalq sanksiyaların yumşaldılması idi.
Sazişə əsasən İran:
- uranın zənginləşdirilməsi səviyyəsini məhdudlaşdırmalı,
- nüvə obyektlərinə beynəlxalq nəzarətə icazə verməli,
- nüvə fəaliyyətini azaltmalı idi.
Bunun qarşılığında isə ABŞ və digər Qərb ölkələri İrana qarşı iqtisadi və maliyyə sanksiyalarının bir hissəsini ləğv etmişdi.
2018-ci ildə ABŞ Prezidenti Donald Tramp bu sazişdən birtərəfli qaydada çıxdı və İrana qarşı sanksiyaları yenidən tətbiq etdi. Bundan sonra İran da bəzi öhdəliklərini mərhələli şəkildə azaltmağa başladı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 2 d. əvvəl
- 12 d. əvvəl
-
19 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
25 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
33 d. əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 41 d. əvvəl
- 42 d. əvvəl
-
44 d. əvvəl
Azərbaycan alma ixracından 37 milyon dollar qazanıb - 14,6%-LİK ARTIM
- 48 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Rəsmi məzənnələr açıqlandı
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb
Ən çox oxunanlar
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
Azərbaycan 5 ayda 354 milyon dollarlıq tərəvəz və meyvə ixrac edib - 55 milyon dollar lıq və ya 18,6%-lik artım
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır























