Hava yolu şirkəti fəaliyyətini dayandırıb
ABŞ-ın büdcə aviaşirkəti fəaliyyətini dayandırıb, ucuz səyahət dövrü başa çatıb.ABŞ-ın aşağı büdcəli iş modelini tətbiq edən hava yolu şirkəti “Spirit Airlines” bütün uçuşlarını ləğv edərək fəaliyyətini dərhal dayandırmaq qərarı qəbul edib.
“Spirit Airlines” tərəfindən yayılan açıqlamada, “2 may 2026-cı il tarixindən etibarən fəaliyyətimizi dərhal qüvvəyə minməklə nizamlı şəkildə dayandırma prosesinə başladığımızı bildiririk. Bu qərarı böyük təəssüf hissi ilə qəbul edirik”, — ifadəsinə yer verilib.
Bütün uçuşların ləğv edildiyi bildirilən açıqlamada müştəri xidmətləri servisinin artıq xidmət göstərmədiyi qeyd olunub.
Açıqlamada, “Son 34 il ərzində ultra aşağı büdcəli iş modelimizin sektor üzərindəki təsirindən qürur duyuruq və qonaqlarımıza daha uzun illər xidmət göstərməyi ümid edirdik”, — ifadəsi işlədilib.
Müştərilərin hava limanlarına getməməli olduğu bildirilən açıqlamada bilet iadəsi prosesinə dair məlumat verilib.
Açıqlamada fəaliyyətin dayandırılması prosesində təchizatçılarla əməkdaşlıq ediləcəyi vurğulanaraq, mövcud bütün alacaq tələblərinin iflas prosesi çərçivəsində nəzərdən keçiriləcəyi bildirilib.
Spirit-in baş icraçı direktoru Dave Davis son həftələrdə yanacaq qiymətlərində baş verən qəfil və davamlı artımın şirkəti bu nöqtəyə gətirdiyini bildirərək, “Biznesi davam etdirmək üçün yüz milyonlarla dollar əlavə likvidliyə ehtiyac var idi və bunu təmin edə bilmədik. Bu, son dərəcə üzücüdür”, — ifadələrini işlədib.
ABŞ administrasiyası ötən ay şirkətə 500 milyon dollarlıq kredit təklif etmiş, lakin bu həftə hökumət dəstəkli xilasetmə paketi ilə bağlı istiqraz sahibləri ilə aparılan danışıqlarda razılaşma əldə olunmamışdı.
Artan yanacaq xərcləri “son zərbəni” vurub
ABŞ mətbuatında yer alan xəbərlərdə şirkətin iflasının ölkədə onilliklər sonra ilk dəfə böyük bir hava yolu şirkətinin bazardan silinməsi anlamına gəldiyi vurğulanıb.
Xəbərlərdə bəzi böyük ABŞ hava yolu şirkətlərinin Spirit sərnişinlərinə dəstək göstərəcəklərini açıqladığına diqqət çəkilərək, bunlar arasında United Airlines, American Airlines və Frontier Airlines kimi şirkətlərin yer aldığı bildirilib.
Xəbərlərdə Spirit-in bazardan çəkilməsinin İrandakı müharibə səbəbindən onsuz da artan xərclər fonunda aviabiletlərin bahalaşmasına səbəb ola biləcəyi qeyd olunub.
Spirit Airlines-ın müharibədən bir neçə gün əvvəl iflasdan çıxış sazişi imzaladığını açıqladığı xatırladılan xəbərlərdə yanacaq qiymətlərindəki sıçrayışın şirkətə “son zərbə” olduğu bildirilib.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
8 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
8 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib



























