“NBC Bank” 20 milyon manata yaxın gəlir əldə edib
Bir çox sektorlar üçün, xüsusilə maliyyə sektoru üçün ağır keçmiş 2016-cı ildə "NBC Bank"da kəskin azalmalar qeydə alınmayıb.
“NBC Bank” ASC 2016-cı ilə dair maliyyə göstəricilərini açıqlayıb.
“Marja” xəbər verir ki, ötən ilin sonunda bankın cəmi aktivləri 158 milyon 970 min manat təşkil edib ki, bu da 2015-ci ilin sonu ilə müqayisədə cüzi azdır. 2015-ci ilin sonunda “NBC Bank”ın aktivləri 167 milyon 261 min manata qalxmışdı.
31 Dekabr 2016-cı il tarixinə “NBC Bank”ın kredit portfeli 120 milyon 975 min manat təşkil edib. 2015-ci ilin sonunda Bank 148 milyon 295 min manatlıq kredit portfelinə malik idi.
XARİCƏ BORCU YOXDUR
Ötən il Bankın öhdəlikləri 129 milyon 893 min manatdan 106 milyon 31 min manata geriləyib. Bankın 106 milyon 31 min manatlıq öhdəliklərinin 67 milyon 598 min manatını depozitlər, 34 milyon 387 min manatını digər maliyyə müəssisələrinin (banklardan başqa) depozitləri, 2 milyon 977 min manatını bankların və digər maliyyə institutlarının kreditləri, 1 milyon 68 min manatını digər passivlər təşkil edib.
31 Dekabr 2016-cı il tarixinə “NBC Bank”ın cəmi kapitalı 52 milyon 939 min manat təşkil edib.
20 MİLYON MANATA YAXIN GƏLİR
Ötən il “NBC Bank”ın cəmi gəlirləri 19 milyon 472 min manat, o cümlədən faiz gəlirləri 16 milyon 208 min manat, qeyri-faiz gəlirləri 3 milyon 264 min manat təşkil edib.
Bankın faiz və qeyri fazi xrcləri isə 13 milyon 947 min manat olub və nəticədə 5 milyon 525 min manatlıq əməliyyat mənfəəti əldə edilib. “NBC Bank” gələcəkdə baş verə biləcək kredit itkilərindən bankı sığortalamaq üçün ehtiyatlara 7 milyon 249 min manat ayırdığından ötən ili 1 milyon 797.5 min manat zərər ilə başa vurub.
Qeyd edək ki, 1992-ci ildən fəaliyyət göstərən “NBCBank” ASC-nin təsisçisi “Nurgün Qrup” MMM-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 39 d. əvvəl
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 7-də gözlənilən hava şəraiti
Omanda ABŞ-İran danışıqları başladı
“PAŞA Həyat” və “Kaspi Kids” 300-ə yaxın uşağı sığortaladı
"Merkuri BOKT" 2025-ci ilin 9 ayını mənfəət ilə başa vurub
Ən çox oxunanlar
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
Nazir startap nümayəndələri ilə görüşüb
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
Bank vergi işçilərinə komissiyasız kredit təklif edir

















