NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
(®) NEQSOL Holding, Təhsilin İnkişafı Fondu ilə tərəfdaşlıq çərçivəsində, Azərbaycanda gənc xanımların təhsilini, peşəkar inkişafını və liderliyini dəstəkləmək məqsədi ilə, PARLA Tələbə Qızlar üçün Təqaüd və İnkişaf Proqramını 3-cü qrup ilə davam etdirir.
Üçüncü mərhələ akademik nailiyyətlər və sosial-iqtisadi meyarlar əsasında keçirilmiş yüksək rəqabətli seçim prosesi nəticəsində müəyyən olunmuş 50 istedadlı universitet tələbəsini bir araya gətirir. Bu qrupun əlavə edilməsi ilə PARLA icması bugünkü qlobal mühitdə uğur qazanmaq üçün bacarıqlara, özünəinam və imkanlara malik istedadlı gənc xanımların böyüyən bir şəbəkəsi kimi genişlənməyə davam edir.
Üçüncü mərhələnin iştirakçıları məzun olana qədər aylıq maliyyə dəstəyi alacaq, eyni zamanda hərtərəfli inkişaf proqramına çıxış əldə edəcəklər. İnkişaf proqramına ingilis dili və IELTS hazırlığı, yumşaq bacarıqlar və liderlik üzrə təlimlər, mentorluq, NEQSOL Holding-in şirkətlərində təcrübə imkanları, həmçinin NEQSOL Academy vasitəsilə rəqəmsal təhsil resursları daxildir. Proqram real iş təcrübəsinə və uzunmüddətli karyera hazırlığına xüsusi önəm verərək iştirakçıların təhsildən peşəkar həyata inamla keçidini təmin edir.
PARLA proqramı təsis edildiyi gündən etibarən birinci və ikinci qruplar üzrə 100 xanım tələbəyə dəstək göstərilib. Bu günə qədər proqrama qəbul edilmiş 150 iştirakçıdan 41 nəfəri proqramı uğurla bitirib və onların əksəriyyəti təcrübə və ya tam ştatlı işlə təmin olunub. Bundan əlavə, bəzi məzunlar proqramı bitirdikdən sonra təhsillərini xaricdə davam etdirirlər. Bu nəticələr PARLA-nın akademik təhsili praktik karyera imkanları ilə əlaqələndirməkdə və gənc xanımların əmək bazarına uğurlu keçidini dəstəkləməkdə effektivliyini əks etdirir.
“Proqramın uğuru gənc xanımların bacarıqlarını inkişaf etdirmək, peşəkar şəbəkələrini genişləndirmək və özlərinə inam qazanmaq üçün dəstəkləyici ekosistemin yaradılmasının nə qədər vacib olduğunu göstərir. PARLA vasitəsilə istedadlı tələbələrə gələcək karyeralarını formalaşdırmağa və təhsildən peşəkar mühitə uğurla keçid etməyə kömək edəcək təlimlər, mentorluq, təcrübə və digər praktik imkanlar təqdim edirik,” - deyə NEQSOL Holding Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə bildirib.
“PARLA gənc xanımların ali təhsilə çıxışının genişləndirilməsində və onların potensiallarını reallaşdırmasında mühüm rol oynayır. Maliyyə dəstəyi ilə yanaşı, proqram iştirakçıların şəxsi inkişafı üçün imkanlar yaradır, onlara yeni bilik və bacarıqlar qazanmağa və peşəkar şəbəkələrə inteqrasiya etməyə imkan verir. Bu kimi təşəbbüslər uzunmüddətli perspektivdə ölkənin insan kapitalının gücləndirilməsinə töhfə verir,” - deyə Təhsilin İnkişafı Fondunun Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri Rəsul Həşimov bildirib.
2024-cü ildə yaradılan PARLA proqramı gənc xanımların inkişafı üçün güclü bir platformaya çevrilib. Təsir gücü, inklüziv yanaşma və uzunmüddətli baxışına görə 2025-ci ildə proqram Böyük İşəgötürənlər üçün Stevie® qızıl və gümüş mükafatları qazanaraq beynəlxalq səviyyədə tanınıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
9 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
10 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 12 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
16 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
17 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Ən çox oxunanlar
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi























