Bakıda daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirilib
Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində "Albalılıq elektrik avtobus deposu"nun istifadəyə verilməsi ilə 2025-ci ildə Azərbaycanda istehsal edilən 167 ədəd BYD markalı tam elektrik mühərrikli avtobusa xidmət göstərilir.
Bu barədə Marja.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, yeni avtobuslar Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna, Qala, Maştağa və Nardaran qəsəbələrini "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Bu yanaşma avtobusların depodan xidmət edəcəyi əraziyə kimi daha tez çatmasına və sürətli enerji doldurulmasına şərait yaradır.
Artıq 7 marşrut xətti üzrə (140, 150, 172, 189, 140E, 141E və M8) istifadə olunan avtobusların hamısı yenilənərək tam elektrikləşdirilib.
Qeyd edək ki, sözügedən marşrut xətləri üzrə daha əvvəl istifadə olunan "BMC" markalı ekoloji təmiz avtobuslar isə "BakuBus" MMC tərəfindən paytaxtın digər ərazilərində fəaliyyət göstərən mövcud marşrut xətlərinin gücləndirilməsinə cəlb olunub.
Sərnişin tələbatı və axını nəzərə alınaraq mövcud marşrutlara əlavə nəqliyyat vasitələrinin buraxılması ilə əhalinin ictimai nəqliyyata əlçatanlığı artırılıb, avtobusların yüklülüyü azalıb və xidmət keyfiyyəti yüksəldilib.
Elektrikli avtobuslar yaşıl və dayanıqlı nəqliyyat sisteminin əsas elementlərindən olmaqla atmosferə zərərli qazların buraxılmasını aradan qaldırır, havanın keyfiyyətini yaxşılaşdırır və səs-küyü azaldır. Bu isə ekoloji vəziyyətə və müasir ictimai nəqliyyat sisteminin inkişafına mühüm töhfə verir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 57 d. əvvəl
-
1 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
1 saat əvvəl
Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
1 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb


























