OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Müsabiqədə 1-ci yerə “Epsilon” (6000 AZN) , 2-ci yerə “Birlab” (3000 AZN), 3-cü yerə isə “PATCO” (1000 AZN) komandaları layiq görülüblər.“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər Şəbəkəsi FMCG (sürətli dövriyyəli istehlak malları) sektorunda ilkə imza ataraq, startap ideyalarını real biznes həllərinə çevirən “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunu həyata keçirib.
Fevralın 11-də Startap, İnnovasiya və Dəstək proqramı – OBA SİD çərçivəsində keçirilən marafonun bağlanış və qaliblərin mükafatlandırılması mərasimi baş tutub. Layihənin əsas məqsədi pərakəndə satış sahəsinin innovativ inkişafına töhfə vermək, Azərbaycanın startap və innovasiya ekosistemini dəstəkləmək, eyni zamanda, “OBA”nın daxili biznes ehtiyaclarını qarşılayacaq innovativ həllərin formalaşdırılması olub.
Marafonun ilk mövzusu Müştəri Məmnuniyyəti olaraq müəyyən edilib. Marafonun hazırlıq mərhələsində ölkənin aparıcı 6 universitetində infosessiyalar keçirilib, 185 müraciət qəbul edilib və 6 həftəlik inkişaf yolu təşkil olunub və bu görüşlərdə 500-dən çox tələbə iştirak edib. Paralel olaraq OBA-nın müxtəlif struktur bölmələrindən olan 14 əməkdaş mentor kimi prosesə cəlb olunub. Marafona ümumilikdə 185 müraciət daxil olub. Müraciət edən komandaların 57 faizi ideya mərhələsində, 46 faizi sərbəst mövzu üzrə, 19 faizi isə xanım “founder”lərdən ibarət olub.
Seçim mərhələsindən sonra 33 komanda əsas mərhələdə iştirak edib. Altı həftəlik proqram çərçivəsində komandalar ideya generasiyası, süni zəka alətləri, dizaynyönümlü düşüncə, “pitchdeck” hazırlanması və MVP-nin (Minimum İşlək Məhsul) təkmilləşdirilməsi üzrə təlimlər keçiblər. Nəticədə 16 komanda final mərhələsinə vəsiqə qazanıb.
Natəvan İbrahimova: “Bu, sadəcə müsabiqə deyil”
Bağlanış tədbirində çıxış edən “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova bildirib ki, OBA “İnnovativ Həllər Marafonu” ilə pərakəndə sektorda startap yönümlü ilk açıq innovasiya platformasını yaradıb.
O deyib:
“Bu layihə bizim üçün sadəcə müsabiqə deyil. Məqsədimiz yalnız ideyaları dinləmək deyil, onları real biznes proseslərinə inteqrasiya etməkdir. Biz həm öz biznesimizi, həm ölkəmizi, həm də gələcək tərəfdaş və istehsalçıları yeni bizneslərin yaradılmasına təşviq etmək istəyirik”. Marafonun gənc startapçıların ideyalarını praktik dəyərə çevirməyə və tətbiq mərhələsinə keçidini təmin etməyə xidmət etdiyini deyən N.İbrahimova vurğulayıb: “İnanırıq ki, bu kimi təşəbbüslər ölkədə istedad axınının yerli iqtisadiyyata yönəlməsinə, yeni bizneslərin və iş yerlərinin yaranmasına töhfə verəcək. Ölkəmizin iqtisadiyyatının gələcəyi böyük bizneslərlə bərabər böyük xəyalları, ideyaları olan gənclərdədir”.
Aydın Talıbov: “Azərbaycanlı mütəxəssislərin potensialı düşündüyümüzdən böyükdür”
“Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov pərakəndə sektorun sürətlə dəyişdiyini və bu dəyişimi yalnız izləməyin kifayət etmədiyini vurğulayaraq deyib:
“Dünya sürətlə dəyişir. Texnologiyalar, xüsusilə süni intellekt yeni mərhələ yaradır. Bu gün artıq yalnız bir ideya ilə irəliləmək kifayət deyil. Dünyanın getdiyi istiqaməti düzgün oxumalı və həmin istiqamətdə hərəkət etməliyik. Bu gün azərbaycanlı mütəxəssislərin və texnologiyaların beynəlxalq müstəvidə tətbiq olunduğunu görürük. Burada təqdim olunan ideyalar göstərir ki, potensialımız düşündüyümüzdən də böyükdür. Əsas məsələ bu potensialı tətbiq mərhələsinə daşımaqdır”.
O qeyd edib ki, “OBA SİD” təşəbbüsünün əsas məqsədi innovasiyanı açıq platformaya çıxarmaq və gənc ideyaları real bizneslə birləşdirməkdir.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyəti sədrinin müşaviri Vurğun Hacıyev, seçimlərdə münsiflər heyətində təmsil olunan sahə mütəxəssisləri - İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Nicat Əmiraslanov, müstəqil ekspert Mübariz Şahbazlı “OBA”ya bu təşəbbüsdən dolayı təşəkkür edib, FMCG-də ilkə imza atmaq münasibəti ilə təbrik ediblər.
Final mərhələsində komandalar “Qonşu market” konsepsiyasının inkişafı, CRM və fərdiləşdirilmiş müştəri məlumatları, smart əməliyyatlar və sərbəst mövzular üzrə hazırladıqları həlləri təqdim ediblər.
Təlim və inkişaf şöbəsinin rəhbəri Cəlalə Mustafayeva komandalara iştirakçı sertifikatını təqdim edib.
İştirakçı komandalar arasından 9 komandaya İnsan Resursları və Dəstək Xidmətləri Direktoru Maqsud Orucov tərəfindən startap-vendor sertifikatı təqdim edilib. Bu komandalar artıq OBA Marketlər Şəbəkəsinin təchizatçı vendorları siyahısında yer alır və hər bir layihənin OBA-nın biznes proseslərinə inteqrasiyası nəzərdə tutulub. Münsiflər heyətinin qərarına əsasən, qaliblər müəyyən olunub və 10 min AZN mükafat fondu ilə yanaşı, əlavə inkişaf imkanları təqdim edilib.
Müsabiqədə 1-ci yerə “Epsilon” (6000 AZN) , 2-ci yerə “Birlab” (3000 AZN), 3-cü yerə isə “PATCO” (1000 AZN) komandaları layiq görülüblər.
Bağlanış mərasimində 3-cü yerin mükafatını “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyəti sədrinin müşaviri Vurğun Hacıyev, 2-ci yerin mükafatını Natəvan İbrahimova və INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Nicat Əmiraslanov, 1-ci yerin mükafatını isə “Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev təqdim edib.
Qeyd edək ki, layihənin əsas hədəfi seçilmiş həllərin OBA-nın biznes proseslərinə inteqrasiyası və startapların məhsullarının bazara çıxarılmasıdır. “OBA” marketlər şəbəkəsi gələcəkdə də startaplar və innovativ ideyalarla əməkdaşlığı genişləndirməyi planlaşdırır.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
9 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib




























