"Trendyolmilla" ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası
(®) Türkiyənin aparıcı moda brendlərindən olan "Trendyolmilla" Türkiyədə e-ticarətin dəb sektorunda ilk dəfə ekoloji davamlı (regenerativ) pambıqdan hazırlanan cins kolleksiyasını təqdim edir. Yeni kolleksiya torpağı bərpa edən, biomüxtəlifliyi artıran ekoloji davamlı kənd təsərrüfatı üsulları ilə yetişdirilən regenerativ pambıqdan hazırlanıb.
Regenerativ pambıq yetişdirilmisində kimyəvi gübrələr minimum səviyyədə istifadə olunub, pambıq daha az sudan istifadə etməklə yetişdirilib və istehsal prosesində enerji sərfiyyatı azaldılıb. Eyni zamanda, biomüxtəlifliyin artımına töhfə verilib, bitki örtüyü hesabına torpaqda karbonun saxlanılması gücləndirilib. Bütün bu müsbət təsirlərin birgə nəticəsi olaraq, ümumi karbon emissiyası azaldılıb.
Trendyolmilla 2022-ci ildən başlayaraq hər mövsüm “Trendyol Care” kolleksiyasını dayanıqlı xammallardan hazırlanan yeni məhsullarla genişləndirir. Təkrar emal edilmiş liflər, ekoloji davamlı parçalar və təbiət dostu xammallarla başlayan dayanıqlılıq təşəbbüsü regenerativ pambıqla yeni mərhələyə başlayıb.
Regenerativ pambıqdan hazırlanan cins kolleksiyası layihəsi 70 illik cins parça istehsalçısı Bossa ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
“Trendyol Care” kolleksiyamızdakı regenerativ pambıqdan hazırlanan yeni dizaynlarımız həm estetik gözəlliyi ön plana çıxarır, həm də təbiətə olan diqqətimizi əks etdirir. Yeni kolleksiyamızda qadınlar üçün cins (denim) modellər təqdim olunur. Dayanıqlı kənd təsərrüfatı üsulları ilə yetişdirilən və kimyəvi maddələrin istifadəsi minimuma endirilən bu xüsusi pambıqlar qarderoblarda stil və dayanıqlılığı birləşdirir”, - deyə “Trendyolmilla”nın baş direktoru Sanem Tuna bildirib.
Sanem Tuna dayanıqlı moda sahəsində hər mövsüm böyüdüklərini və son üç ildə dayanıqlı xammaldan hazırlanan məhsulların sayını əhəmiyyətli dərəcədə artırdıqlarını əlavə edib: “2022-ci ildə 74 min, 2023-cü ildə 160 min və 2024-cü ildə 520 min dayanıqlı məhsulu müştərilərimizə təqdim etdik. Bu böyüməni yalnız Türkiyədə deyil, beynəlxalq bazarlarda da davam etdiririk. “Trendyol Care” kolleksiyamız Orta və Şərqi Avropadan Almaniya, Azərbaycan və Körfəz ölkələrinə qədər 25 ölkədə müştərilərə təqdim olunur. Həmçinin, 20-dən çox qlobal platforma vasitəsilə dünyanın dörd bir yanına çatır. Qarşıdakı dövrdə modanın transformasiyaedici gücünü təbiət üçün bərpaedici təsir göstərə biləcək xammallarla inkişaf etdirməyə davam edəcəyik”.
“Bossa’”nın biznesin inkişafı üzrə direktoru Besim Özek qeyd edib ki, regenerativ kənd təsərrüfatı yalnız xammal istehsal texnikası deyil, eyni zamanda torpağı, ekosistemi və bioloji müxtəlifliyi yenidən canlandıraraq planetimizin tarazlığını qoruyan istehsal modelidir: “Önəmli layihənin bir hissəsi olmaq bizi sevindirir. Uzun illər ərzində əldə etdiyimiz bilik və təcrübə ilə dayanıqlı istehsala olan öhdəliyimizi bu layihə ilə bir daha göstəririk. Trendyolmilla ilə əməkdaşlığımız, sahəmizdə dönüş nöqtəsi sayılır. Ümid edirik ki, bu transformasiya digər istehsalçılara da ilham verəcək”.
“Trendyolmilla”nın yeni kolleksiyası həm müasir şəhər həyatına uyğun dizaynı, həm də bərpaedici pambıqla təbiətə verdiyi töhfə ilə diqqət çəkir. Torpağın sağlamlığını bərpa edən, biomüxtəlifliyi dəstəkləyən və fermerləri gücləndirən bu xüsusi pambıq Regenagri sertifikatına malikdir.
Regenerativ pambıqdan hazırlanan cins kolleksiyasını Trendyol platformasından əldə etmək olar.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
8 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























