“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb
(®) Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri ilə onlara təhsil yolunda dəstək göstərən donorlar arasında görüş təşkil olunub. Səmimi, səhər yeməyi formatında keçirilən görüşdə donorlar öz həyat və peşəkar karyera təcrübələrini tələbələrlə bölüşərək onlara tövsiyələrini veriblər. Təqaüd proqramının qalibləri isə karyera planları, akademik nailiyyətləri və təhsil fəaliyyətləri barədə məlumat verərək öz suallarını ünvanlayıblar.
Görüşdə Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə, İdarə Heyətinin üzvü, Baş Komplayens İnzibatçısı Kamal Abdullayev, eləcə də Birbank Private müştəriləri iştirak ediblər.
Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov iştirakçılara “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı və “Onu Oxut” aksiyası ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki, bu il ilk dəfə olaraq tələbələrə təqaüd aldıqları müddət ərzində donorlar tərəfindən mentor proqramı ilə dəstək olunacaq.
Qeyd edək ki, 2024-cü ildən etibarən “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramı Qırmızı Ürəklər Fondunun və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı ilə həyata keçirilir. 2025-2026-cı tədris ili üzrə elan olunan proqrama 995 nəfər müraciət edib, 73 namizəd müsahibə mərhələsinə dəvət olunub və 20 tələbə qalib elan olunub. Təqaüd proqramı çərçivəsində Birbank Private müştərilərinin dəstəyi ilə 10 tələbəyə təqaüd verilir.
“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 5 d. əvvəl
-
10 d. əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
14 d. əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
16 d. əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
27 d. əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
47 d. əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
- 50 d. əvvəl
-
1 saat əvvəl
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
AZAL Bakı–Şımkent marşrutu üzrə uçuşlara başlayıb
Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib























