Google-ın Wiz-i 32 milyard dollara satın almasına icazə verildi
Avropa İttifaqı (Aİ), texnologiya şirkəti Google-ın bulud təhlükəsizlik platforması Wiz-i 32 milyard dollar qarşılığında satın almasına icazə verib.
Marja.az xəbər verir ki, Aİ Komissiyasının yaydığı açıqlamada, Google-ın Baş ofisi Nyu-Yorkda yerləşən bulud təhlükəsizlik platforması Wiz-in tamamını satın almasının qaydalara uyğun hesab edildiyi bildirilib.
Açıqlamada, sözügedən satın almanın Avropa İqtisadi Məkanında rəqabət baxımından hər hansı narahatlıq yaratmayacağı qənaətinə gəlindiyi qeyd edilib.
Google, 2025-ci ilin Mart ayında Wiz-i 32 milyard dollar məbləğində satın almaq üçün razılığa gəldiyini ictimaiyyətə açıqlamışdı.
Bu satınalma ilə Google-ın kibertəhlükəsizlik və bulud hesablama sahələrində fəaliyyətlərini gücləndirməyi hədəflədiyi bildirilib.
Avropa üzrə də fəaliyyət göstərən iri miqyaslı şirkətlərin birləşmə və satınalma əməliyyatlarının yoxlanılması Aİ Komissiyasının səlahiyyətlərinə daxildir.
Aİ Komissiyası apardığı araşdırma və təhqiqatlarda rəqabətə zidd vəziyyətin olub-olmadığını qiymətləndirir və rəqabət pozuntusu aşkar edildiyi halda birləşmə və ya satınalma əməliyyatlarını dayandıra bilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 50 d. əvvəl
- 58 d. əvvəl
-
4 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
4 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
6 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
7 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
7 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
























