Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları və təhlükəsizlik qaydaları

“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr. Bank müştəriləri rəqəmsal risklərə qarşı diqqətli olmağa çağırır
iç səhifə xəbər başlığı altı (mobil)_31
Vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları və təhlükəsizlik qaydaları
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank Respublika, hazırda 110-dan çox ölkədə qeyd edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü münasibətilə müştərilərini rəqəmsal mühitdə artan fırıldaqçılıq (fraud) risklərinə qarşı diqqətli olmağa çağırır.

Qeyd edək ki, Beynəlxalq Təhlükəsiz İnternet Günü 2004-cü ildən Avropa Komissiyasının “Təhlükəsiz internet” proqramı çərçivəsində fəaliyyət göstərən Avropa Təhlükəsiz İnternet Şəbəkəsi tərəfindən təşkil olunur və əsas məqsədi istifadəçilərin onlayn təhlükəsizlik barədə maarifləndirilməsidir.

Rəqəmsal bank xidmətlərindən istifadənin genişlənməsi fonunda fırıldaqçılıq üsulları da daha hədəfli, daha inandırıcı və daha sürətli xarakter alır. Bank Respublika müştərilərinin maliyyə təhlükəsizliyinin qorunmasını prioritet hesab edərək, son dövrlərdə ən çox rast gəlinən risklər və onlardan qorunma yolları barədə maarifləndirici məlumatları diqqətə çatdırır.

Hazırda vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları aşağıdakılardır:

·  Saxta e-mail və SMS-lər vasitəsilə kart və hesab məlumatlarının ələ keçirilməsi (phishing, smishing);

·  Bank əməkdaşı adı ilə edilən telefon zəngləri (vishing);

·  Saxta onlayn mağazalar və həddindən artıq ucuz alış təklifləri;

·  Sosial şəbəkələrdə tanışların adından göndərilən “təcili pul” mesajları;

·  Saxta QR-kodlar və kampaniya elanları;

·  İş təklifi, investisiya və ya bonus adı altında kart məlumatlarının tələb olunması;

·  Mobil nömrənin ələ keçirilməsi (SIM-swap) və saxta mobil tətbiqlər.

Bank Respublika müştərilərə aşağıdakı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir:

·  Bank kartının PIN, CVV və OTP kodlarını heç bir halda paylaşmamaq;

·  SMS və e-maillərdəki naməlum və şübhəli keçidlərə daxil olmamaq;

·  Tələsdirən və qorxuducu zəng və mesajlara emosional reaksiya verməmək;

·  Pul köçürməzdən əvvəl məlumatı bankın rəsmi əlaqə kanalları vasitəsilə yoxlamaq;

·  Mobil tətbiqləri yalnız rəsmi tətbiq mağazalarından yükləmək;

·  “Zəmanətli qazanc” vədi verilən təkliflərə ehtiyatla yanaşmaq.

Bank Respublika heç bir halda müştərilərindən telefon, SMS, e-mail və ya sosial şəbəkələr vasitəsilə kartın məxfi məlumatlarını tələb etmir. Şübhəli vəziyyətlə qarşılaşdıqda əməliyyatı dərhal dayandırmaq və bankın rəsmi əlaqə kanalları ilə əlaqə saxlamaq tövsiyə olunur.

Bank Respublika təhlükəsiz internet Beynəlxalq Təhlükəsiz İnternet Günü rəqəmsal bankçılıq təhlükəsizliyi onlayn fırıldaqçılıq riskləri phishing və smishing hücumları vishing telefon dələduzluğu bank kartı təhlükəsizliyi kart məlumatlarının qorunması OTP və CVV təhlükəsizliyi saxta onlayn mağazalar sosial şəbəkə dələduzluğu saxta QR kod fırıldaqları SIM swap hücumları mobil bank tətbiqi təhlükəsizliyi maliyyə kibertəhlükəsizliyi Azərbaycan bank müştərilərinin məlumat təhlükəsizliyi rəqəmsal ödəniş təhlükəsizliyi onlayn alış-veriş riskləri bank fraud hallarından qorunma kiberdələduzluq üsulları təhlükəsiz internet istifadə qaydaları Bank Respublika maarifləndirmə tədbirləri müştəri məlumatlarının qorunması onlayn maliyyə təhlükəsizliyi internet bankçılıq riskləri Azərbaycan
10.02.2026 13:57

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18