Bank və BOKT-laın fişinq səhifələrini yaradan haker şəbəkəsini ifşa edildi - VİDEO
23 yaşlı Kənan Qasımov və 30 yaşlı İmam İşməmmədov saxlanılıblar - 500-ə yaxın şəxsə qarşı kiberdələduzluqlar ediblər, 400 min manata yaxın vəsaiti ələ keçiriblər.Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KBMİ və ya Kiberpolis) bank və bank olmayan bir neçə kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq sosial mediada elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən haker şəbəkəsinə qarşı əməliyyat keçirib.
Bu baədə Marja.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, əməliyyat-texniki tədbirlər zamanı bir qrup zərərçəkənin kart məlumatlarının ələ keçirilməsinin üsul və vasitələrində oxşar elementlər aşkar edilib.
Tədbirlərin davamı olaraq 500-ə yaxın şəxsə qarşı qabaqcadan əlbir olaraq kiberdələduzluqlar edən 23 yaşlı Kənan Qasımov və 30 yaşlı İmam İşməmmədov saxlanılıblar.
Müəyyən edilib ki, bu şəxslərin yaratdıqları fişinq səhifələrinin həqiqi elektron ünvanlarla vizual bənzərliyinə aldanan zərərçəkənlər qarşılarına çıxan saxta elanların real olduğuna inanıb və aşağı faizli kredit təkliflərinə aldanaraq müraciət ediblər. Bundan sonra isə vətəndaşlar onlardan tələb olunan kart məlumatları, yəni CVV və OTP təhlükəsizlik kodlarını K.Qasımovla İ.İşməmmədova göndəriblər. Vətəndaşların kart məlumatlarını ələ keçirən K.Qasımov və İ.İşməmmədov asanlıqla onların hesabına daxil olub və maddi vəsaitləri talayıblar. Onlar “izi” itirmək məqsədi ilə həmin pulları qanunsuz onlayn kazino oyunlarına və müxtəlif hesablara köçürərək nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində indiyə qədər bu yolla 400.000 manata yaxın maddi vəsaiti ələ keçirdiklərini bildiriblər. Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, K.Qasımov və İ.İşməmmədov cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və ya bu kimi sorğularla bağlı yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına müraciət edilməlidir. Həmçinin şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, risk ehtimalı olan hallarla qarşılaşdıqda isə dərhal bu barədə polisə məlumat verilməlidir. Unutmaq olmaz ki, maddi təhlükəsizlik ilk növbədə fərdi məsuliyyət və ehtiyatlı davranışdan asılıdır!",- məlumatda bildiilir
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
8 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
8 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
13 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 18 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb






















