Qızıl daha da ucuzlaşdı - Qiyməti düşməkədə davam edir
Qızıl bazar ertəsi günü 6%-dən çox ucuzlaşaraq unsiya 4677 ABŞ dollarına geriləyib. Sarı metalın ucuzlaşmasına ABŞ Prezidenti Donald Trampın FED sədrliyinə Kevin Varşı namizəd göstərməsi barədə xəbər səbəb olub. Trampın indiyədək dolların ucuzlaşmasına imkan verəcəyi gözləntisi ilə mövqe tutmuş investorların risk iştahını azaldıb.Qızılın qiyməti geriləməyə davam edir.
Marja xəbər verir ki, qızıl bazar ertəsi günü 6,3%-dək ucuzlaşaraq unsiyasının qiyməti 4586,44 dollaradək geriləyib. Bakı vaxtı ilə saat 07:45-də qızılın unsiyası 4,4% ucuzlaşma ilə 4677 dollara, gümüş isə 2,2% ucuzlaşma ilə 83,30 dollara ticarət olunub. Xatırladaq ki, qızılın unsiyasının qiyməti ötən həftə 5594 dolları keçərək 5600 dollara yaxınlaşmışdı.
Bir sıra nalitiklər tərəfindən mənfəətin götürülməsi kimi təsvir edilən satış, digər qiymətli metallara da təzyiq göstərib.
JPMorgan Chase & Co.-da keçmiş qiymətli metallar treyderi olan və hazırda müstəqil bazar şərhçisi kimi fəaliyyət göstərən Robert Qottlib bildirib: “Bu hələ bitməyib.” Qottlibin sözlərinə görə, investorların əlavə risk götürməyə istəksiz olması bazar likvidliyini məhdudlaşdıracaq.
Son bir ildə qiymətli metallar hətta təcrübəli investorları belə təəccübləndirərək bütün zamanların ən yüksək səviyyələrinə yüksəlib. Ralli yanvar ayında geosiyasi çalxantılar, valyutaların dəyər itirməsi və ABŞ Federal Ehtiyat Sisteminin (Fed) müstəqilliyi ilə bağlı narahatlıqların yenidən artması fonunda investorların qızıl və gümüşə yönəlməsi ilə sürətlənib. Çinli spekulyatorlardan gələn güclü alışlar da bu yüksəlişi daha da gücləndirib.
Cümə günü baş verən kəskin satış dalğasına isə ABŞ Prezidenti Donald Trampın FED sədrliyinə Kevin Varşı namizəd göstərməsi barədə xəbər səbəb olub. Bu məlumat dolları gücləndirərkən, Trampın indiyədək dolların ucuzlaşmasına imkan verəcəyi gözləntisi ilə mövqe tutmuş investorların risk iştahını azaldıb. İnvestorlar Varşı son namizədlər arasında inflyasiya ilə mübarizədə ən sərt mövqeyə malik şəxs kimi qiymətləndirirlər. Bu isə dolları dəstəkləyəcək və dollarla qiymətlənən qiymətli metalları zəiflədəcək pul siyasəti gözləntilərini artırıb.
Sinqapur vaxtı ilə saat 09:21-ə olan məlumata görə, qızıl 4,4% ucuzlaşaraq unsiya üzrə 4.680,76 ABŞ dollarına enib. . Platin və palladium da dəyər itirib. ABŞ dollarının məzənnəsini ölçən Bloomberg Dollar Spot İndeksi isə əvvəlki sessiyada 0,9% yüksəldikdən sonra əlavə olaraq 0,1% artıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 45 d. əvvəl
-
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
3 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
13 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

























