Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Qızılın unsiyasının qiyməti bazar ertəsi günü5 min dollar səviyyəsini aşaraq bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Gümüşün qiyməti isə 5 faiz artaraq 108,60 dollarla yeni rekord müəyyən edib.Artan geosiyasi qeyri-müəyyənliklər və ABŞ administrasiyasına etimadın azalması fonunda bazar ertəsi günü qızılın unsiyasının qiyməti 5 min dollar səviyyəsini aşaraq tarixi ən yüksək səviyyəsini görüb.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 07:00-da spot qızıl qiyməti (anlıq qiymət) 2 faizə yaxın artımla 5093 dollara qədər yüksəlib. Fevral ayı üzrə ABŞ qızıl fyuçersləri də 1,79 faiz artaraq 5068,70 dollar səviyyəsinə qalxıb.
Qızıl qiymətləri 2025-ci ildə 64 faiz artıb. Bu yüksəliş təhlükəsiz liman tələbinin güclənməsi, ABŞ-da pul siyasətinin yumşaldılması, mərkəzi bankların güclü alışları və birja ticarət fondlarına (ETF) rekord səviyyədə vəsait axını ilə dəstəklənib. Çinin dekabr ayında ardıcıl 14-cü ay qızıl alışını davam etdirməsi də rallini "qidalandıran" amillər arasında yer alıb. Qızıl bu il ümumilikdə isə 17 faizdən çox bahalaşıb.
Qızılda son bahalaşmanın əsas səbəbi Tramp administrasiyasının proqnozlaşdırılması çətin qərarları ilə əlaqədar olaraq “ABŞ administrasiyasına və ABŞ aktivlərinə etimad böhranı”dır.
ABŞ Prezidenti Donald Tramp Avropadakı bir sıra müttəfiqlərinə qarşı gömrük rüsumu təhdidlərindən geri addım atsa da, Kanada və Fransaya qarşı yüksək vergi hədələri bazarlardakı qeyri-müəyyənliyi artırıb. Analitiklər qeyd edirlər ki, bu proseslər investorları alternativ təhlükəsiz liman axtarışına yönəldir.
Digər tərəfdən, Yaponiya yeninin bahalaşması ilə dollar qlobal miqyasda dəyər itirərkən, investorlar bu həftə keçiriləcək FED iclası ərəfəsində dollar mövqelərini azaltmağa başlayıblar. Zəifləyən dollar qızılı digər valyutalardan istifadə edən investorlar üçün daha cəlbedici edir.
Mütəxəssislər qızılın qiymətində yüksəlişin davam edə biləcəyini bildirirlər. Proqnozlar yaxın gələcəkdə qızılın qiymətinin təxminən 5500 dollar səviyyəsində çatacağını göstərir. Mümkün mənfəət satışları isə qısamüddətli olacaq.
Qiymətli metallarda yüksəliş yalnız qızıl ilə məhdudlaşmayıb. Gümüş 4,57 faiz bahalaşaraq qiyməti 108,60 dollarla rekord müəyyən edib. Platinin qiyməti 3,26 faiz artaraq 2857,41 dollara, palladiumum qiyməti isə 3,2 faiz qalxaraq 2074,40 dollara çatıb. Gümüşün qiyməti ötən cümə günü ilk dəfə 100 dollar səviyyəsini keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
1 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
7 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
15 d. əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 24 d. əvvəl
-
26 d. əvvəl
Azərbaycan alma ixracından 37 milyon dollar qazanıb - 14,6%-LİK ARTIM
- 30 d. əvvəl
-
33 d. əvvəl
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
- 36 d. əvvəl
- 41 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
Ən çox oxunanlar
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
Azərbaycan 5 ayda 354 milyon dollarlıq tərəvəz və meyvə ixrac edib - 55 milyon dollar lıq və ya 18,6%-lik artım
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq






























