970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

7 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin 1 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2034021025 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 14.01.2026-ci il tarixində yekunlaşmışdır. İstiqrazlara 50 investor 50 sifariş təqdim edib və tam məbləğdə yerləşdirilib.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın  3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: BOKT "International" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2034021025

İstiqrazların növü və forması: İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması: Kütləvi / Rəqabətli hərrac

İstiqrazların sayı: 10 000 ədəd

İlkin ticarət qiyməti: 100 manat

İstiqrazların buraxılış həcmi: 1,000,000 manat

İllik gəlirlilik faizi: 15%

Minimal qiymət: 100 (15.0000%) manat

Maksimal qiymət: 100 (15.0000%) manat

Kəsmə qiyməti: 100 (15.0000%) manat

Ortaçəkili qiyməti: 100 (15.0000%) manat

İstiqrazların reallaşdırılmış həcmi: 1 000 000 manat

İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 1 000 000 manat

İnvestor sayı: 50

Sifariş sayı: 50

Ödəmə Periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir

Tədavül müddəti: 2 il

Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC

14.01.2026 16:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18