Tramp: “İranlı vətənpərvərlər, etirazlarınıza davam edin, dövlət qurumlarını ələ keçirin. Kömək yoldadır”
ABŞ Prezidenti Donald Tramp iranlılara etirazları davam etdirmələri çağırışı edərək, “İranlı vətənpərvərlər, etirazlarınıza davam edin. Yardım yoldadır” deyib.
Marja xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, İranda 28 dekabr tarixində başlayan və qısa müddətdə hökumət əleyhinə etirazlara və zorakılıq hadisələrinə çevrilən nümayişlərlə bağlı açıqlama verib. İranlılara etirazları davam etdirmələri çağırışı edən Tramp bildirib:
“İranlı vətənpərvərlər, etirazlarınıza davam edin, dövlət qurumlarını ələ keçirin. Qatillərin və istismarçıların adlarını qeydə alın. Böyük bir bədəl ödəyəcəklər. Etirazçıların mənasız şəkildə öldürülməsi dayanana qədər İran rəsmiləri ilə olan bütün görüşlərimi ləğv etdim. Yardım yoldadır.”
İranda başlayan etirazlar fonunda Trampın açıqlamaları ilə Tehran–Vaşinqton xəttində gərginlik artıb.
Tehran yaxınlığındakı bir məhkəmə-tibbi ekspertiza müəssisəsinin həyətindən yayılan görüntülərdə cəsədlərin qurumun həyətində sıra ilə düzülməsi diqqət çəkib. İrandakı etirazlarda ölənlərin sayının 646-ya yüksəldiyi bildirilib. İran Məhkəmə-Tibbi Ekspertiza Qurumunun rəhbəri, həlak olanların əksəriyyətinin “silahlı terrorçular” tərəfindən kəsici alətlərlə həyati orqanları hədəf alınaraq və ya yaxın məsafədən ov tüfəngi ilə vurularaq öldürüldüyünü açıqlayıb.
İsraildən də diqqətçəkən açıqlama gəlib. İsrail Müdafiə Qüvvələri (IDF) “sürpriz ssenarilərə qarşı” həyəcan vəziyyətində olduqlarını bildirib. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musevi isə ABŞ və İsrailin İrana İŞİD terror təşkilatının silahlı üzvlərini göndərdiyini, onların da İran xalqına və təhlükəsizlik qüvvələrinə qarşı hücumlar həyata keçirdiyini deyib. Almaniya kansleri Merz də diqqətçəkən açıqlama ilə çıxış edib.
AB İrana qarşı əlavə tədbirlərə hazırlaşır
Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula fon der Lyayen, İranda “həddindən artıq güc tətbiq edilməsini və azadlıqların davamlı şəkildə məhdudlaşdırılmasını” pislədiyini bildirərək, rejimə qarşı sürətlə əlavə tədbirlərin görüləcəyini açıqlayıb.
Fon der Lyayen "X" sosial media platformasında İrandakı etirazlarla bağlı paylaşım edib. Avropa Parlamentinin (AP) İranın bütün diplomatik personalı və nümayəndələrinin Avropa Parlamenti binalarına girişini qadağan etməsindən sonra açıqlama verən fon der Lyayen, “İranda artan ölümlər dəhşət doğurur” ifadəsini işlədib.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 6 d. əvvəl
-
11 d. əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
15 d. əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
18 d. əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
28 d. əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
48 d. əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
- 51 d. əvvəl
-
1 saat əvvəl
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
AZAL Bakı–Şımkent marşrutu üzrə uçuşlara başlayıb
Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib
























