Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
İqtisadiyyat Nazirliyində müvafiq dövlət qurumları və özəl sektorun nümayəndələrinin iştirakı ilə əczaçılıq sənayesinin inkişafına dair müzakirələr aparılıb.İqtisadiyyat Nazirliyində əczaçılıq sənayesinin perspektivlərinin müzakirəsi məqsədilə görüş keçirilib.
Görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, səhiyyə nazirinin müavini Rasim İsmayılov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov, müvafiq dövlət qurumları və dərman vasitələrinin istehsalı ilə məşğul olan özəl sektorun nümayəndələri iştirak ediblər.
Tədbirdə vurğulanıb ki, dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi və əlverişli biznes mühitinin yaradılması qeyri-neft sənayesinin, o cümlədən əczaçılıq sənayesinin inkişafına şərait yaradır. Əczaçılıq sənayesində reallaşdırılan addımlar, həyata keçirilən investisiya layihələri və yerli istehsalın təşkili ölkəmizin dərman təminatının gücləndirilməsinə xidmət edir.
Əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkı rəqabətqabiliyyətli məhsul istehsalı və emal müəssisələrinin yaradılması üçün bütün imkanlara malikdir. Əczaçılıq sənayesinə son illərdə ciddi investisiya cəlb edilib. Təkcə Pirallahı Sənaye Parkında investisiya portfeli təxminən 130 milyon manatdır. Burada bir sıra şirkətlər, o cümlədən “Diamed Co”, “R-Pharm” müxtəlif növ dərman vasitələri və tibbi ləvazimatların istehsalını həyata keçirir, “Falck”, “Supreme Pharmatech” və digərləri isə istehsal planlaşdırır.
Sənaye parklarından kənarda da bu sahədə genişmiqyaslı layihələr icra edilir. “Scandens Pharmaceutical Industries LTD” tərəfindən inşa olunmuş, dövlət başçısının iştirakı ilə bu ilin noyabrında açılışı həyata keçirilmiş yeni zavod müasir texnologiyalarla istehsal potensialını artırır.
Ələt azad iqtisadi zonasında həyata keçirilən “BioPharmax” layihəsi Azərbaycanda müxtəlif tibbi məhsulların istehsalının genişləndirilməsini nəzərdə tutur.
Bildirilib ki, əczaçılıq sənayesində mövcud və tikilməkdə olan müəssisələr üzrə ümumi investisiyaların həcmi 265 milyon manatdan çoxdur.
Diqqətə çatdırılıb ki, qarşıda duran əsas vəzifə yerli istehsalın genişləndirilməsi, rəqabət qabiliyyətinin artırılması və xaricdən asılılığın azaldılmasıdır.
Tədbirdə əczaçılıq sahəsində aktual məsələlərə dair müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
9 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























