Azərbaycanın xaricdən avtomobil alışı 11 ayda 100 min ədədi keçib - 2 MİLYARD DOLLARLIQ İDXAL
2025-ci ilin 11 ayı (yanvar-noyabr) ərzində Azərbaycana 1 milyard 998 milyon 854 min dollar dəyərində 104 min 404 ədəd avtomobil (nəqliyyat vasitəsi) idxal olunub.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən yazır.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin 11 ayı (yanvar-noyabr) ərzində Azərbaycana 1 milyard 673 milyon 214 min dollar dəyərində 82 min 926 ədəd avtomobil idxal edilmişdi.
Beləliklə, Azərbaycana cəmi avtomobil idxalı 2025-ci ilin 11 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsilə 21 min 478 ədəd və ya 26%, dəyər ifadəsilə 325 milyon 641 min dollar və ya 19,5% artıb.
NOYABRDA 10 MİNƏ ƏDƏDƏ YAXIN AVTOMOBİL İDXAL OLUNUB
2025-ci ilin 10 ayı ərzində Azərbaycana 1 milyard 793 milyon 88 min dollar dəyərində 94 min 583 ədəd avtomobil idxal etmişdi. Beləliklə, təkcə bu ilin Noyabr ayında ölkəmizə 9 min 821 ədəd avtomobil idxal edilib.
2025-ci ilin 11 ayı ərzində Azərbaycana 1 milyard 786 milyon 469 min dollar dəyərində 96 min 57 ədəd minik avtomobili, o cümlədən, 43 min 582 ədəd hibrid və 14 min 889 ədəd tam elektrik avtomobil idxal olunub. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə 1 milyard 417 milyon 981 min dollar dəyərində 74 min 366 ədəd minik avtomobili, o cümlədən 8 min 478 ədəd hibrid və 14 min 176 ədəd tam elektrik avtomobil idxal olunmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 16 d. əvvəl
-
25 d. əvvəl
“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
İrşad-da “Yaşıl Cümə” gəldi – ürəklə seç!
Təkliflərin dəli-dolusu Baku Electronics-də başlayır!
Gümüşün qiyməti 17%-ə yaxın ucuzlaşıb
Azərbaycan şirkəti İraqda tenderlərdə iştirak edir
Ən çox oxunanlar
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb






















