"İranın dövlət başçısının İlham Əliyevə və Azərbaycana böyük hörməti var"
Prezident İlham Əliyev İranın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanla İran arasında əlaqələrin böyük tarixinin olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, xalqlarımızın əsrlər boyu bir yerdə yaşaması münasibətlərimizə xüsusi önəm verir. Son dövrlərdə əlaqələrimizin fəallaşmasından məmnunluğunu bildirən dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfərinin, həmçinin digər yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərlərinin əməkdaşlığımızın daha da genişləndirilməsinə töhfə verdiyini vurğuladı.
Prezident İlham Əliyev ikitərəfli gündəliyimizin geniş olduğunu və bir çox sahələri əhatə etdiyini deyərək, bütün məsələlər üzrə konkret yol xəritələrinin olduğunu bildirdi.
Hökumətlərarası komissiyanın çox uğurla fəaliyyət göstərdiyini vurğulayan dövlətimizin başçısı bu xüsusda iqtisadi, ticari, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığa toxundu.
Azərbaycan Prezidenti İran nümayəndə heyətinin səfərinin uğurlu və məhsuldar olacağına əminliyini ifadə etdi.
Qəbula görə təşəkkürünü bildirən Seyid Abbas Əraqçi, ilk növbədə, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, İranın dövlət başçısının Prezident İlham Əliyevə və Azərbaycana böyük hörməti var. Qonaq Məsud Pezeşkianın İran Prezidenti seçilməsindən sonra ölkəmizlə əlaqələri daha da inkişaf etdirməklə bağlı tapşırıq verdiyini dedi.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Məsud Pezeşkiana çatdırmağı xahiş etdi.
Seyid Abbas Əraqçi də öz növbəsində Azərbaycan-İran əlaqələrinin dərin köklərə malik olduğunu vurğulayaraq, münasibətlərimizin daha da dərinləşdirilməsinin əhəmiyyətinə toxundu.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
-
10 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
12 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
14 saat əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
-
15 saat əvvəl
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan Rusiyaya nota verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Stellantis şirkətinin səhmləri yüksək məbləğdə zərər açıqlamasından sonra kəskin ucuzlaşıb




















