Mis bazarında rekord qiymətlər davam edir
Mis bazarında rekord qiymətlər davam edir.
Marja.az xəbər verir ki, mis tonunun qiyməti bu həftənin əvvəlində qırdığı rekordu aşaraq təxminən 1,9% artımla 11 min 662 dollara çatıb.
Citi-nin analistləri tərəfindən yayımlanan hesabata görə, ABŞ-dakı ehtiyat artımının digər bölgələrdə çatışmazlığa səbəb olmasının ardından misin ikinci rübdə ortalama 13 000 dollar/ton səviyyəsində ticarət görəcəyi əsas senari olaraq gözlənilir.
Citi-in analitikləri qeyd ediblər:
"Bir neçə yüksəliş katalizatorunun dəstəyi ilə 2026-cı il boyunca misin qiymətində artım potensialına tam inanırıq."
Analitiklərin proqnozuna görə, Avropada silahlanmanın bərpası və enerji dönüşümü, ABŞ-da aşağı faiz mühiti və maliyyə genişlənməsi iqtisadiyyatı dəstəkləyərək qlobal son istehlakın gələn il 2,5% artmasını təmin edəcək.
Boru, enerji kabelləri və elektrikli nəqliyyat vasitələri üçün mühüm əhəmiyyətə malik olan mis, bu il London Metal Birjasında (LME) 30%-dən çox dəyər qazanıb.
Son həftələrdəki qiymət artımı, gələn il tətbiq ediləcəyi gözlənilən idxal tarifləri səbəbindən metalın ABŞ-a axınının artması və digər əsas anbar bölgələrində ehtiyatların tükənmə qorxusuyla sürətlənib.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
10 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
10 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib



























