Energetik içkilərdə təhlükəli maddə aşkarlandı - “Orxan 011” şirkətinin məhsulları məhv edildi
İnsan sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlar törədə bilər.Ölkəmizə idxal olunan “Nitro Max” energetik içkilərində qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən təhlükəli maddə aşkarlanıb.
Marja xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən “Orxan 011” MMC tərəfindən idxal olunmuş “Nitro Max” əmtəə nişanlı energetik içki məhsul partiyasından laborator sınaqların aparılması üçün nümunələr götürülərək müvafiq sınaq laboratoriyasına təqdim edilib. Sınaq nəticələrinə əsasən, məhsullarda dərman vasitələrinin tərkibində istifadə olunan və qida məhsullarında qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən Sildenafil maddəsi aşkar edilib.
Qeyd edək ki, Sildenafil maddəsi bəzi orqan və sistem xəstəliklərinin müalicəsində istifadə olunur. Həkim nəzarəti olmadığı halda insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlar törədə bilər.
Uyğunsuzluq müəyyən edilən məhsul partiyaları barəsində qanunvericiliyə uyğun qərarlar qəbul olunub. Ümumi sayı 4800 ədəd olan energetik içkil sahibkarın və Agentlik əməkdaşlarının iştirakı ilə xüsusi poliqonda məhv edilib.
İstehlak üçün yararsız energetik içkilərin məhv edilməsinə dair videoçarx:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)




