TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib - MƏBLƏĞ
Beynəlxalq maliyyə qurumu TuranBank-a 3 il müddətinə, 15 milyon ABŞ dolları ekvivalentində yerli valyutada kredit ayırıb.Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biri olan TuranBank, nüfuzlu Invest in Visions (IIV) fondu ilə yeni kredit sazişi imzalayıb.
Marja xəbər verir ki, Saziş “IIV Mikrofinanzfonds” və “IIV Financial Infrastructure Funds, FCP RAIF – DKM Mikrofinanzfonds” vasitəsilə həyata keçirilib və əməliyyat tanınmış Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində strukturlaşdırılıb.
Sazişə əsasən, beynəlxalq maliyyə qurumu TuranBank-a 3 il müddətinə, 15 milyon ABŞ dolları ekvivalentində yerli valyutada sindikat kredit ayırıb. Yerli valyutada maliyyələşdirmə borcalanların valyuta risklərini azaldır və ölkədə kiçik və orta sahibkarların maliyyə dayanıqlığını gücləndirir.
“Bu investisiya ilə biz Azərbaycandakı sahibkarların inkişafına birbaşa dəstək veririk. Yerli valyutada uzunmüddətli kreditlərin mövcudluğu biznesin böyüməsi, yeni iş yerlərinin yaradılması və ölkədə yerli istehsalın inkişafı üçün çox vacibdir. Kiçik və Orta sahibkarların maliyyələşmə imkanlarını yaxşılaşdırmaq məqsədilə TuranBank və Incofin ilə əməkdaşlığımızdan məmnunuq”- deyə Invest in Visions Fondunun baş portfel meneceri Sergey L. Şkolnikov bildirib.
TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev sazişin əhəmiyyətini belə şərh edib: “Invest in Visions fondu ilə imzaladığımız bu yeni kredit sazişi Bankın inklüziv maliyyələşdirmə strategiyasını daha da gücləndirməklə yanaşı, Kiçik və Orta Sahibkarların yerli valyutada əlçatan maliyyə resurslarına çıxışını genişləndirəcək. Cəlb olunan vəsait ölkəmizdə biznes mühitinin möhkəmləndirilməsi, regionlarda sahibkarlığın inkişafı və yeni iqtisadi imkanların formalaşması baxımından mühüm rol oynayacaq. Əməliyyatın strukturlaşdırılmasında mühüm rol oynayan İncofin İnvestisiya Fonduna təşəkkürümüzü bildiririk. TuranBank bundan sonra da beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə və ölkənin sosial-iqtisadi inkişafını dəstəkləyən layihələrə investisiya etməyə davam edəcək.”
2006-cı ildə yaradılan Invest in Visions fondu institusional və fərdi investorlara inkişaf etməkdə olan ölkələrdə təsir yönümlü investisiya imkanları təqdim edir. Almaniyada təsir investisiyanın pionerlərindən biri kimi fond əsasən mikromaliyyə və dayanıqlı infrastruktur layihələrinə fokuslanır. Öz investisiyaları vasitəsilə fond məsuliyyətli və uzunmüddətli iqtisadi inkişafın dəstəklənməsinə töhfə verir.
Qeyd edək ki, yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutan TuranBank mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB), EMF Mikromaliyyə Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), BlueOrchard Beynəlxalq Mikromaliyyələşdirmə Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB) və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə kiçik və orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
PAŞA Holding-in təşkilatçılığı ilə “LEGIS Hüquq Forum”u uğurla başa çatıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
-
11 saat əvvəl
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
-
11 saat əvvəl
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Almaniyadan “Amazon”a 59 milyon avro cərimə
Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Ən çox oxunanlar
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
Soyuq hava qlobal istiləşməni təkzib etmir























