"Bakı ilə Tel-Əviv arasında həftəlik uçuş sayının 21-ə qədər artırılması nəzərdə tutulur" - AZAL-IN PREZİDENTİ
"Azərbaycan və İsrail arasında hava nəqliyyatı sahəsində davamlı artım dinamikası müşahidə olunur. Bu tendensiyanın davamı kimi, AZAL yaxın zamanda bu istiqamətdə uçuşların sayını artırmağı planlaşdırır. Belə ki, 2026-cı ilin may ayından etibarən Bakı ilə Tel-Əviv arasında həftəlik uçuş sayının 21-ə qədər artırılması nəzərdə tutulur. Bu addım hava əlaqələrinin genişləndirilməsi və qarşılıqlı sərnişin axınının artması baxımından mühüm mərhələ olacaq".
Marja.az xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev sosial şəbəkədəki hesabında bildirib.
Samir Rzayev İsrail Dövlətinin Azərbaycandakı yeni təyin olunmuş səfiri Ronen Krausz ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə İsrail arasında ikitərəfli əməkdaşlığın inkişafı, xüsusilə aviasiya sahəsində əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edilib. Bu istiqamətdə birgə təşəbbüslərin və əməkdaşlıq layihələrinin vacibliyini vurğulanıb.
"Son illərin statistik göstəriciləri əməkdaşlığın miqyasını və inkişaf tempini aydın şəkildə əks etdirir. “Azərbaycan Hava Yolları” 2024-cü ildə Bakı–Tel-Əviv–Bakı marşrutu üzrə həftədə 11 uçuş olmaqla ümumilikdə 303 reys (gediş-gəliş) həyata keçirərək 74 minə yaxın sərnişin daşıyıb. 2025-ci ilin yanvar–oktyabr aylarında isə aviaşirkət həmin istiqamət üzrə həftədə 14 uçuş olmaqla 562 reys yerinə yetirib və 147 mindən çox sərnişinə xidmət göstərib.Fəaliyyətimizi davam etdirərək əməkdaşlığın yeni imkanlarının reallaşmasına töhfə verməyi hədəfləyirik",- Samir Rzayev qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 15 d. əvvəl
-
24 d. əvvəl
“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
İrşad-da “Yaşıl Cümə” gəldi – ürəklə seç!
Təkliflərin dəli-dolusu Baku Electronics-də başlayır!
Gümüşün qiyməti 17%-ə yaxın ucuzlaşıb
Azərbaycan şirkəti İraqda tenderlərdə iştirak edir
Ən çox oxunanlar
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb




















