Təhsildən kənarda qalan uşaqlar
Azərbaycanda uşaqların 63 faizdən çoxu məktəbəqədər təhsilə cəlb olunmur. Ölkədə hər üç uşaqdan ikisi məktəbəqədər təhsil sistemindən kənarda qalır.Uşaqların təhsildən kənarda qalması problemi Azərbaycanın sosial inkişaf gündəliyində mühüm yer tutur. Cəmiyyətin gələcək intellektual və iqtisadi potensialı birbaşa erkən yaş dövründə uşaqlara göstərilən diqqət və təhsil imkanları ilə ölçülür.
Bu yazıda təhsil idarəetməsi üzrə ekspert Rasif Dünyamalıyev tərəfindən Azərbaycan üzrə 1–6 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsi rəsmi statistika əsasında təhlil edilir, mövcud disbalansın səbəblərinə və nəticələrinə diqqət yetirilir.
Demoqrafik mənzərə
Dövlət Statistika Komitəsinin 2024-cü ilin yanvar ayına olan məlumatına görə, Azərbaycanda 18 yaşınadək şəxslərin ümumi sayı 2 milyon 633 min nəfərdir. Onlardan 1 milyon 402 min 200-ü kişi, 1 milyon 230 min 800-ü qadındır. Cinslər arasında müşahidə olunan fərq hamiləliyə müdaxilə hallarının nəticəsi kimi qiymətləndirilir.
1–5 yaşlı uşaqların sayını müəyyən etmək üçün 2019–2023-cü illərdə doğulan uşaqların sayı nəzərdən keçirilib:
2019 – 141 179
2020 – 126 571
2021 – 112 284
2022 – 128 846
2023 – 112 620
Toplam: 615 500 uşaq
Bu rəqəmlər ölkədə məktəbəqədər təhsil yaşında olan uşaqların real miqyasını göstərir.
Məktəbəqədər təhsilin hüquqi və institusional əsasları
Azərbaycan Respublikasının Təhsil Qanunu və Məktəbəqədər Təhsil Qanununa əsasən, təhsil prosesi məktəbəqədər pillədən başlayır və 1–6 yaş dövrünü əhatə edir. Bu mərhələ uşağın intellektual, fiziki və psixi inkişafını təmin etməklə yanaşı, sosiallaşma, əmək vərdişləri, istedadın aşkarlanması və estetik zövqün formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır.
Lakin mövcud statistika göstərir ki, bu prinsiplərin reallaşması üçün təhsil infrastrukturu kifayət qədər güclü deyil.
Məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti
Ölkə üzrə dövlət uşaq bağçalarının sayı 1700, burada 109 897 uşaq təhsilə cəlb olunub.
Özəl bağçaların sayı 157, bu müəssisələrdə 6 400 uşaq təhsil alır.
Beləliklə, cəmi 1 857 uşaq bağçasında 116 300 uşaq məktəbəqədər təhsilə cəlb olunub.
Bundan əlavə, Təhsil Nazirliyi tərəfindən icma əsaslı məktəbəqədər təlim qrupları yaradılıb. Hazırda bu qrupların sayı 939, orada isə 16 300 uşaq gündəlik 2–3 saatlıq təlimə cəlb olunur. Nazirlik bu modelin əhatə dairəsini hər il artırmağa çalışır.
Ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbə hazırlıq siniflərində isə 87 200 uşaq təhsil alır.
Toplam rəqəmlər belədir:
- Uşaq bağçaları – 116 300 uşaq
- İcma əsaslı qruplar – 16 300 uşaq
- Məktəbə hazırlıq sinifləri – 87 200 uşaq
Cəmi: 219 800 uşaq
Alternativ layihələr də nəzərə alınsa, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı 225 000 nəfəri keçmir, yəni ümumi 615 000 uşaqdan cəmi 36,6%-i.
Əgər məktəbə hazırlıq sinifləri məktəbəqədər təhsil kimi hesab edilməzsə, bu göstərici daha da azalır — təxminən 22,4%-ə, yəni 137 800 uşağa düşür.
Təhsildən kənarda qalan uşaqlar
Bu göstəricilərə əsasən, 615 000 1–6 yaşlı uşaqdan təxminən 390 000-i heç bir formal təhsil prosesinə cəlb olunmur. Bu, deməkdir ki, ölkədə hər üç uşaqdan ikisi məktəbəqədər təhsil sistemindən kənarda qalır.
Dövlət bu uşaqlarla ilk təmas nöqtəsini yalnız 5 yaşdan sonra – məktəbə hazırlıq mərhələsində əldə edir. Nəticədə həmin uşaqlar öz yaşıdlarına nisbətən 3–4 il geridə sosial və intellektual inkişaf nümayiş etdirirlər.
Məktəbəqədər təhsil uşağın formalaşmasında təməl mərhələdir və onun gələcək təhsil həyatının keyfiyyətinə birbaşa təsir göstərir. Azərbaycanda bu sahədə görülən işlərə baxmayaraq, statistik göstəricilər uşaqların böyük bir hissəsinin hələ də təhsil sisteminə inteqrasiya olunmadığını göstərir.
Bu vəziyyət yalnız təhsil deyil, həm də sosial bərabərlik və insan kapitalının inkişafı baxımından strateji problemdir. Məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, regionlarda əlçatanlığın artırılması və ailələrin maarifləndirilməsi bu boşluğu aradan qaldırmaq üçün əsas istiqamətlər olmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
1 saat əvvəl
"Artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq. Bu, xüsusi bir hissdir"
-
6 saat əvvəl
Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
-
6 saat əvvəl
Anthropic-in yeni süni intellekt plaginləri 300 milyard dollar itki yaratdı
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
-
8 saat əvvəl
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
-
8 saat əvvəl
“SmartCustoms” və “e.customs.gov.az”a daxil olma imkanları barədə yenilik
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Ən çox oxunanlar
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
PayPal-ın İcraçı direktoru dəyişib
Henkel Niderlandın örtük materialları şirkəti Stahl-ı satın alacaq
Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər
"Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar"
Azərbaycan-Özbəkistan İşgüzar Şurası yaradılacaq






















