Qarabağa dövlət büdcəsindən ayrılan vəsait azaldılır - SƏBƏBİ AÇIQLANIB
Növbəti ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün vəsaitin azalma ilə proqnozlaşdırılmasının səbəbi açıqlanıb.
Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi”ndə əksini tapıb.
Qeyd edilib ki, əvvəlki illə müqayisədə növbəti ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün vəsaitin azalma ilə proqnozlaşdırılması, eləcə də layihələr üzrə təhlillər bu xərc üzrə artım istiqamətində düzəlişlərin və ya icra prosesində dövlət büdcəsinin digər xərc istiqamətlərindən qənaətin və digər mənbələrdən vəsaitlərin yönəldilməsi ehtimalının yüksək olduğu qənaətinə gəlməyə imkan verir.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2026-cı ildə 3 milyard 500 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da 2025-ci ilin təsdiq edilmiş göstəricisindən 500 milyon manat və ya 12,5% azdır. 2026-cı ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün əvvəlki ilə nisbətən azalma ilə vəsaitin nəzərdə tutulması “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına digər mənbələrdən də vəsaitlərin cəlb edilməsini şərtləndirir.
2025-ci ilin ilk 8 ayında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə müvafiq sifarişlər əsasında 2 milyard 746,9 milyon manat icra edilib ki, bu da həmin məqsəd üçün nəzərdə tutulmuş illik xərclərin 68,7%-nə bərabərdir. Həmin göstərici əvvəlki illərdə 71,5% (2023) və 60,4% (2024) olub və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərclərinin yüksək faizlə icra edilməsi davam edib. Bu da dövlət büdcəsi xərclərinin 2025-ci ilin rüblük və aylar üzrə bölgüsünə əsasən 2025-ci ilin ilk 8 ayı ərzində icra edilmiş vəsaitə nisbətən 11,4 faiz bəndi çoxdur.
Qeyd edilib ki, Hesablama Palatası tərəfindən aparılan auditlər və təhlillər ilə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması istiqamətində genişmiqyaslı işlərin görülməsi ilə yanaşı, eyni məzmunlu və tipli layihələrdə ehtimal qiymətlərinin uyğunlaşdırılması, layihələrin maliyyələşdirilməsinə qeyri-büdcə təşkilatlarının vəsaitlərinin də cəlb edilməsi, büdcə yükünün azaldılması və vəsaitin istifadəsində qənaətlilik prinsipinin gözlənilməsi məsələsində optimallaşdırmanın zəruri olduğu qənaətinə gəlinib. Eləcə də əvvəlki və cari ilin büdcə icrası prosesində müvafiq istiqamətdə xərclərə dəyişikliklərin edilməsi təcrübəsi və büdcə-vergi siyasətinin istiqamətləri ilə bağlı məlumatlar növbəti ildə də müvafiq məsələnin aktuallığını göstərir.
Cari ilin ilk 8 ayında yüksək icra fonunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ildə 12 sifarişçi üzrə 55 layihənin maliyyələşməsinə nəzərdə tutulmuş 214,6 milyon manat vəsaitdən hesabat dövründə ümumiyyətlə maliyyələşmə aparılmaması əvvəlki illərdə olduğu kimi keçid layihələrin artması ilə yanaşı, ilin sonunda qalıq vəsaitin yaranacağını, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının uzadılmasını şərtləndirir.
Hesablama Palatasının apardığı auditlərin töhfələri də nəzərə alınmaqla, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə dövlət vəsaitində qənaətlilik baxımından tikinti layihələrinin əksəriyyətinin dəqiqləşdirilməsi, layihələrin vaxtında icrasına istiqamətlənmiş hədəf ümumilikdə bu sahədə müvafiq irəliləyişlərin olduğunu deməyə imkan verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
10 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul














.jpg)






.jpg)

