"Köhnə tipli reklam qurğularının istifadəsi dövrü başa çatıb, yeni nəsil texnologiyalara keçid qaçılmazdır"
Bakı şəhərində reklam sahəsində texnoloji yeniliklər təkcə biznes üçün deyil, şəhər mühitinin vizual estetikasının qorunması baxımından da önəmli rol oynayır.
İxtisaslaşmış reklam yayıcısı, 20 ildən çoxdur ki açıq məkanda reklam sahəsində fəaliyyət göstərən “ADV Production”nun icraçı direktoru Hikmət Dadaşovun sözlərinə görə, artıq köhnə tipli reklam qurğularının istifadəsi dövrü başa çatıb və yeni nəsil reklam texnologiyalarına keçid qaçılmazdır.
Hikmət Dadaşov bildirir ki, yeni nəsil reklam qurğuları təkcə texnologiya baxımından müasir deyil, həm də şəhər mühitinə estetik dəyər qatır. Bu qurğular enerjiyə qənaətcil, hava şəraitinə davamlıdır və rəqəmsal idarəetmə sistemləri ilə təchiz olunub.
“Bu texnologiyaların əsas üstünlüklərindən biri uzaqdan idarəetmə imkanlarıdır. Bu, həm texniki xidmət prosesini asanlaşdırır, həm də reklam məzmununu istənilən vaxt yeniləməyə şərait yaradır. Bundan əlavə bir qurğuda eyni anda bir neçə reklamın növbəli şəkildə yayımlanması reklamvericiləri üçün daha çevik və səmərəli imkanlar açır” - deyə Hikmət Dadaşov vurğulayıb.
O həmçinin qeyd edib ki, şirkət Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) tövsiyyəsi ilə bu üstünlükləri tətbiq edərkən icazə prosesində şəhərin vizual harmoniyasını qorumağa xüsusi diqqət yetirir və ictimai məkanların ümumi estetik görünüşünə müsbət təsir göstərməyə çalışır. Onun fikrincə ADRA-nın bu təşəbbüsü paytaxt və digər böyük şəhərlərdə ictimai məkanların daha nizamlı, gözəl və modern görünməsinə töhfə verəcək. “ADV Production”nun icraçı direktorunun sözlərinə görə, ADRA tərəfindən təşviq olunan bu yeniliklər həm onların, həm də reklamvericilərin ürəyincədir. Onların fikrincə, reklamlarının innovativ və müasir texnoloji monitorlarda yayımlanması sahibkarların fəaliyyətinə dəstəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)



