“AS Group” “Baku Build” və “Rebuild Karabakh” sərgisində iştirak edib
14–16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 30-cu yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi öz işinə başlayıb. Tədbirdə Azərbaycanla yanaşı, Çin, Almaniya, Hindistan, İran, Rusiya, Cənubi Koreya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən ümumilikdə 150-yə yaxın şirkət iştirak edib.
“AS Group” şirkəti sərgidə iki hissəli stendlə təmsil olunub. Stendin bir hissəsi şirkətlər qrupuna daxil olan “AS İnşaat” MMC-nin Zəngilan rayonunda inşa etdiyi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təməlini qoyduğu Ağalı 1, Ağalı 2 və Məmmədbəyli kəndlərinə, eləcə də Füzuli rayonunda layihələndirdiyi Dövlətyarlı kəndinə həsr olunub. Digər hissədə isə şirkətlər qrupuna daxil olan “AS İstehsal Qarabağ” MMC-nin Ağdam Sənaye Parkında yerləşən Xırdaqəlibli Beton Məmulatları Zavodunda istehsal edilən beton məmulatları təqdim edilib.
Bundan başqa Qazaxıstandan olan tərəfdaş şirkət “BI Group” ilə birgə Bakı şəhərində inşa edilən “4You Baku” yaşayış kompleksi və “Arximed” qurğusu barədə məlumatlar təqdim edilib.
Bildirilib ki, Arximed qurğusunun digər enerji istehsal sistemləri ilə müqayisədə ən böyük üstünlüyü ondan ibarətdir ki, təzyiqsiz sudan enerji istehsal edə bilir. Əlavə olaraq aşağı yüksəkliklərdə və düşük axın sürətlərində kiçik hidroelektrik stansiyalarının qurulması “Arximed” turbinləri ilə daha əlverişli və asandır.
Şirkətin təqdim etdiyi layihələr və tətbiq etdiyi yeniliklər sərgi iştirakçıları və qonaqlar, eləcə də media nümayəndələrinin böyük marağına səbəb olub.
Sərginin ilk günündə “AS Group”un təşkilatçılığı ilə “Dayanıqlı inkişaf naminə ağıllı və yaşıl həllər” mövzusunda beynəlxalq konfrans da keçirilib. Konfrans çərçivəsində iki panel sessiyası baş tutub: “Dayanıqlı memarlıq – enerjiyə qənaət edən və uyğunlaşa bilən tikintinin simbiozu” və “Şəhərsalma fəaliyyətində enerji effektivliyi və yaşıl enerjinin tətbiqi”. Tədbir zamanı şirkətin ekoloji yönümlü layihələri və innovativ yanaşmaları təqdim olunub.
“AS Group” 2003-cü ildən etibarən dövlət və özəl sektor üçün kompleks layihələrin icrasında öncül rol oynayır. Şirkət tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, sənaye, nəqliyyat-logistika, bərpa olunan enerji və HoReCa sahələrində uğurla fəaliyyət göstərir. “AS Group” eyni zamanda, beynəlxalq layihələr vasitəsilə ölkəyə xarici investisiyaların cəlb olunmasında da mühüm töhfələr verir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
8 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
10 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 11 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
15 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
17 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Ən çox oxunanlar
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi
























