ABB kənd təsərrüfatı sektoru ilə bağlı hesabat təqdim etdi
(®) ABB daha bir araşdırma-hesabatını ictimaiyyətə təqdim edib.
Hesabat “Azərbaycan Kənd Təsərrüfatı Sektoruna Ümumi Baxış: Statistik İcmal” adlanır. Burada kənd təsərrüfatının qlobal və Azərbaycan iqtisadiyyatında payı, aqrar sektordakı məşğul əhali sayı və sektorun maliyyə vəziyyəti, bu sahədə aparıcı regionlar, kənd təsərrüfatı məhsullarının istehlakı və istehsalı ilə bağlı maraqlı faktlar yer alır.
Bundan başqa, hesabatda bitkiçilik, heyvandarlıq, əkinə yararlı torpaqlar, əkin sahələri, sektorun texniki təminatı, bu sahədə beynəlxalq ticarət, kənd təsərrüfatında kreditləşmə, subsidiyalar və s. haqqında da ətraflı məlumatlarla və təhlillərlə tanış ola bilərsiniz. Hesabatda sektorun inkişaf perspektivlərinə, müasir çağırışlara da diqqət yönəlib, bir sıra təkliflər irəli sürülüb.
Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Bankın mütəmadi olaraq müxtəlif sahələr üzrə yaydığı araşdırma hesabatlarla buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 28 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Holding-in təşkilatçılığı ilə “LEGIS Hüquq Forum”u uğurla başa çatıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
-
6 saat əvvəl
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
-
6 saat əvvəl
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Almaniyadan “Amazon”a 59 milyon avro cərimə
Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Ən çox oxunanlar
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
Soyuq hava qlobal istiləşməni təkzib etmir






















