“PAŞA Holding” tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2025-2026-cı tədris ili üçün açılış tədbiri keçirilib
“PAŞA Holding” tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2025-2026-cı tədris ili üçün açılış tədbiri keçirilib.
“PAŞA Holding” tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramı istedadlı tələbələrin peşəkar və şəxsi inkişafına dəstək verməyə davam edir. 5 oktyabr 2025-cı il tarixində proqramın 2025-2026-ci tədris ili üçün açılış tədbiri keçirilib.
Belə ki, 2022-ci ildə gənc nəslin peşəkar inkişafı istiqamətdə müxtəlif layihələr həyata keçirən “PAŞA Holding”, öz KSM fəaliyyəti çərçivəsində “Əlaçı” təqaüd proqramını tədqim etmişdir. “Əlaçı” proqramı 3-cü və 4-cü kurs bakalavr tələbələrini əhatə edən və tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutan bir illik təqaüd proqramıdır. 2025-2026-cı tədris ilini əhatə edən və beləcə artıq dördüncü dəfə təşkil olunan “Əlaçı” proqramı çərçivəsində tələbələr üçün onların peşəkar və fərdi inkişafına yönəlmiş tədbir və təlimlər təşkil olunur.
Qeyd edək ki, proqram yarananan bəri, 4 il müddətində, proqramda iştirak edən tələbələrin ümumi sayı 430-dan çöx olub, bu il proqrama müraciət edən tələbələrin ümumi sayı 3180-dən çox, proqrama seçilən tələbələrin sayı isə 100 nəfər təşkil edib. Layihə müddətində 3 aylıq şəxsi inkişaf marafonu, oflayn təlimlər, fərdi mentor dəstəyi, karyera simulyasiyası, netvörkinq görüşləri və “PAŞA Holding”, eləcə də “PAŞA Qrup” şirkətlərindən olan mütəxəssislərlə görüşlər də təşkil ediləcək. Bu tədbirlər tələbələrin həm yumşaq bacarıqlarının inkişafı, həm də karyera inkişafını əhatə edəcək.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
6 d. əvvəl
Dünyanın 500 ən varlı adamı bir gündə sərvətinə 336 milyard dollar əlavə edib
- 14 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
1 saat əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
İyunun 17-də gözlənilən hava şəraiti
Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir
Ən çox oxunanlar
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”

























