Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi
Unicapital 24 sentyabr tarixində AmCham-ın Bankçılıq və Maliyyə Komitəsi tərəfindən təşkil olunan “Azərbaycanda Sabit Gəlirlilik Forumu”nda iştirak edib. Forum “Yerli maliyyə bazarlarında Beynəlxalq Maliyyə Təşkilatlarının rolu” mövzusuna həsr olunub.
Tədbirdə Unicapital İnvestisiya Şirkətinin Baş direktoru Vüqar Namazov moderator, Direktor Tələt Kalayev isə spiker qismində çıxış edib.
Onlar beynəlxalq maliyyə təşkilatlarının yerli emitent və investorların davranışlarına olan təsirindən, Azərbaycanın sabit gəlir bazarının daha effektiv şəkildə genişləndirilməsindən danışıblar. Çıxışlarda, həmçinin istiqrazların etibarlı maliyyələşdirmə vasitəsi kimi təşviq olunması müzakirə olunub.
Forum Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Bakı Fond Birjası kimi nüfuzlu beynəlxalq və yerli təşkilatların ekspertlərini bir araya gətirib. İştirakçılar təqdimatlar və panel müzakirələri vasitəsilə təcrübələrini bölüşərək fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsusdur. Şirkət 2007-ci ildən bəri fond bazarının peşəkar iştirakçısı, Bakı Fond Birjasının ilk və ən uzunmüddətli üzvüdür. Hazırda şirkətin müştəri sayı 1 000 000-u ötüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)








.jpg)

