Sahibkar və hüquqi şəxslər üçün Visa Business kartı
(®) Xalq Bank fərdi sahibkar və hüquqi şəxs müştəriləri üçün yeni kampaniyaya start verir.
30 dekabradək davam edəcək kampaniya müddəti ərzində müştərilər Xalq Bankın təqdim etdiyi Visa Business ödəniş kartını pulsuz əldə edə biləcəklər. Visa Business kartı özündə həm nağd, həm nağdsız ödəniş imkanlarını birləşdirən biznes alətidir. Biznes sahibləri bu kartla ezamiyyət, təsərrüfat, gömrük və digər xərclərinin, eyni zamanda onlayn alışların ödənilməsini həyata keçirə bilərlər. Həmçinin sahibkar fiziki şəxslər kartın nağdlaşdırma imkanlarından da yararlana bilərlər.
Əlavə olaraq, Visa Business kartı kiçik və orta bizneslərə biznesin idarə olunması, rəqəmsal həllər və xidmətlər üzrə müxtəlif endirimlər, həmçinin gündəlik məsələlərin sürətli və rahat həlli üçün Visa Concierge çat-botu vasitəsilə konsyerj xidməti təqdim edir.
Kart üzrə əməliyyatlara nəzarət və müxtəlif əməliyyat limitlərinin tənzimlənməsini isə müasir və funskional XalqOnline mobil və internet bankçılıq sistemi vasitəsilə həyata keçirmək mümkündür.
Visa Business kartını Xalq Bankın filiallarında, və ya XalqOnline kabineti üzərindən onlayn sifariş etmək olar.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















