“PAŞA Bank” ekoloji məsuliyyət təşəbbüslərini dəstəkləməyə davam edir
(®) Sosial məsuliyyətli vətəndaş olan “PAŞA Bank”ın tərəfdaşlığı ilə növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı baş tutub.
23 avqust 2025-ci il tarixində keçirilən tədbir tullantıların düzgün idarə olunmasına ictimai dəstəyi artırmağı, resurslardan səmərəli istifadə vərdişlərinin təşviqini və təkrar emalın əhəmiyyətini vurğulamağı hədəfləyib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu 8985 litr plastik, 1890 litr şüşə tullantı və 2620 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər. Festival çərçivəsində uşaqlar üçün əyləncəli ustad dərsləri təşkil olunub və iştirakçılar tullantıların çeşidlənməsi ilə bağlı praktiki biliklər qazanıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə 2025-ci ilin əvvəlindən bu günədək keçirilən tədbirlərdə ümumilikdə 28 105 litr plastik, 4458 litr şüşə tullantı və 4788 ədəd işlənmiş batareya toplanaraq təkrar emala və utilizasiyaya yönləndirilib.
Festivalda, “PAŞA Bank”la birgə “ECO Hub” İctimai Birliyi və bir sıra qurumlar tərəfdaş qismində çıxış ediblər.
Qeyd edək ki, “PAŞA Bank” bir sıra ekoloji layihələri dəstəkləməklə dayanıqlı iqtisadi inkişafın önündə gedir. Bankın layihələri enerji səmərəliliyi, təmiz nəqliyyat, kənd təsərrüfatında müasir suvarma texnologiyaları və ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüsləri əhatə edir. Bu fəaliyyətlər Azərbaycanın qlobal iqlim səhnəsində mövqeyini gücləndirməklə yanaşı, gələcək nəsillər üçün daha təmiz və dayanıqlı bir mühitin formalaşmasına xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
16 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 24 d. əvvəl
- 28 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub


















