Alyaskada danışıqlar yaxınlaşır - Bu, qızıl və neftin qiymətlərinə necə təsir edəcək?
Donald Tramp və Vladimir Putinin 15 avqustda Alyaskada görüşü neft və qızıl qiymətlərinə necə təsir edəcək?ABŞ Prezidenti Donald Tramp, Ukrayna müharibəsini müzakirə etmək üçün Rusiya lideri Vladimir Putinlə 15 avqustda Alyaskada görüşəcək.
Marja xəbər verir ki, analitiklərə görə, ABŞ və Rusiya prezidentlərinin müsbət danışıqları səbəbindən Brent neftinin barelinin qiyməti 55 ABŞ dollarına, qızılın unsiyası isə 3200 ABŞ dollarına düşə bilər.
Hətta kiçik bir gərginliyin azalması gözləntiləri geosiyasi riskləri azaldır. Bu, neft bazarı üçün bazara təklifin potensial artımı, qızıl üçün isə ümumi qeyri-müəyyənliyin azalması deməkdir ki, bu da xammal qiymətlərinin aşağı düşməsinə təzyiq göstərəcək.
Əgər bir razılaşma olarsa, dünya bazarına Rusiya neftinin ixracı ən azı hazırkı həcmlər ilə davam edəcəkdir.
Bakı vaxtı ilə saat 15:00-da Brent nefti 0,7% ucuzlaşma ilə 65,69 dollardan qızıl isə 0,33% bahalaşma ilə 3365 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 4 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 25 d. əvvəl
-
32 d. əvvəl
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
-
55 d. əvvəl
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
-
2 saat əvvəl
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
-
2 saat əvvəl
Estoniyanın İT şirkəti Dövlət Vergi Xidmətinin "Yeni Avis 2" sistemini yeniləyəcək
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Dekabrın 26-da gözlənilən hava şəraiti
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
Azərbaycan neftinin son qiyməti
ABŞ Venesueladan çıxan tankeri qovalayıb
Yaponiya hökuməti iqtisadi artım proqnozunu yüksəldib






















