Bu il Türkiyədə Azərbaycan vətəndaşlarına 501 mənzil satılıb
2025-ci ilin yanvar-iyul dövründə Türkiyədə xaricilərə mənzil satışı illik müqayisədə 12,1% azalaraq 11 min 267 ədəd olub. İyul ayında ümumi mənzil satışlarında xaricilərə satılan mənzillərin payı 1,3% təşkil edib.
Marja xəbər verir ki, İyul ayında xaricilərə ən çox mənzil satılan şəhərlər: İstanbul (643), Antalya (642) və Mersin (175) olub.
Ölkə vətəndaşlığına görə isə ən çox mənzil satışı Rusiya vətəndaşlarına həyata keçirilib. İyulda Rusiya vətəndaşlarına – 315, İran vətəndaşlarına – 152 və Almaniya vətəndaşlarına – 135 mənzil satılıb.
2025-ci ilin İyul ayında Türkiyədə Azərbaycan vətəndaşlarına 93 mənzil satılıb. 2024-cü ilin iyul ayında Azərbaycan vətəndaşlarına 88 mənzil satılmışdı.
2025-ci ilin yanvar-iyul dövründə (7 ayda) Türkiyədə Azərbaycan vətəndaşlarına 501 mənzil satılıb. Bu say ötən ilin eyni dövründə 427 idi.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 11 saat sonra
-
-
4 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
6 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb




























