Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən həftə qlobal maliyyə gündəminin mərkəzində İngiltərə Bankının (BoE) faiz qərarı, Avrozonanın iyul ayına dair ilkin inflyasiya göstəriciləri və ABŞ iqtisadiyyatı üzrə qarışıq statistik siqnallar durdu. Valyuta bazarları bu xəbərlərə reaksiya olaraq dəyişkənlik göstərdi, əmtəə bazarlarında isə qızıl yüksəldi.
BoE-dən 25 bəndlik faiz endirimi
7 avqustda BoE baza faiz dərəcəsini 25 bənd azaldaraq 4.00%-ə endirdi. Qərar 5/4 kimi dar fərqlə qəbul olundu ki, bu da, Komitə daxilində ehtiyatlı mövqelərin üstün olduğunu göstərdi. Funt sterlinq qərardan sonra gücləndi. GBPUSD həftəni 1.34470 səviyyəsində başa vurdu.
Avrozona: İyul HICP “flash” 2.0% — sabit avro
1 avqust tarixində “Eurostat”-ın yayımladığı ilkin göstəricilərə əsasən, iyul ayında Avrozonada illik HICP inflyasiyası (Harmonized Index of Consumer Prices - Harmonizə Olunmuş İstehlak Qiymətləri İndeksiüzrə illik inflyasiya) 2.0% olaraq sabit qaldı. Enerji qiymətləri mənfi zonada qalarkən, xidmətlər və ərzaq qiymətləri mülayim yüksəlişini davam etdirdi. Baza (core) inflyasiya isə təxminən 2.3% səviyyəsində qərarlaşdı.
EUR/USD həftə ərzində 1.15–1.16 zolağında hərəkət etdi və həftəni 1.16400 həddində bağladı. İnflyasiyanın hədəfə yaxın qalması ECB-nin “gözlə və izlə” siyasətini gücləndirdi.
ABŞ: Xidmət sektorunda temp itir, qızıl bahalaşır
Ötən həftə ərzində açıqlanan ISM Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi iyul ayında 50.1-ə enərək zəif genişlənməni göstərdi (iyun: 50.8). Yeni sifarişlər və məşğulluq alt-indekslərində geriləmə qeydə alındı. İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı 226 min olub, gözləntiləri bir qədər üstələdi.
Qeyri-kənd təsərrüfatı məhsuldarlığı isə ikinci rübdə +2.4%, vahid əmək xərcləri +1.6% artdı. Bu göstəricilər FED üçün “məlumat yönümlü” siyasətin davam edəcəyini təsdiqlədi.
ABŞ dolları əsas valyutalar qarşısında qarışıq performans göstərdi. Ən diqqətçəkən hərəkət qızıl bazarında oldu — ABŞ-ın qızıl külçələrinə tətbiq ediləcək tarif xəbəri fonunda COMEX dekabr fyuçersləri 3534$ ilə tarixi rekord vurdu, spot bazarda isə qiymət 3397$ ətrafında sabitləşdi.
Yeni həftə ərzində maliyyə bazarlarında diqqətlər əsasən Amerikada və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi və İstehsal Qiymətləri İndesi, eləcə də, Avrozonada, Böyük Britaniyada və Yaponiyada dərc olunacaq ÜDM hesabatlarına yönələcək.
Həftə ərzində həmçinin, Avstraliya Federal Ehtiyyatlar Sisteminin faiz qərarı, İsveçrədə yayımlanacaq İstehsal Quymətləri İndeksi, İngiltərədə dərc olunacaq əmək bazarı hesabatı və ABŞ-da açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi, İdxal Qiymət İndeksi, İxrac Qiymət İndeksi, Sənaye İstehsalının Həcmi və İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı kimi önəmli iqtisadi göstəricilər investorlar tərəfindən maraqla izləniləcək.
EUR
Ötən həftəni 1.16400 həddində tamamlayan EURUSD məzənnəsi yeni həftəyə də artımla başlayıb.
Hazırda 1.16700 həddində ticarət olunan məzənnədə “buğalar” qiyməti 1.17000 həddinin üzərinə qaldıra və orada saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
Qeyd etmək lazımdır ki, cari həftə ərzində Almaniyada açıqlaacaq İstehsal Qiymətləri İndeksi göstəriciləri və Avrozonada ÜDM hesabatı avronun valyuta birjalarında qiymətlərinə təsir edə bilər.
GBP
Ötən həftəni 1.34470 həddində tamamlayan GBPUSD məzənnəsi yeni həftənin əvvəlində də bahalaşır.
Bu həftə İngiltərədə yayımlanacaq əmək bazarı və ÜDM hesabatları funt sterlinqin dünya birjalarında qiymətlərinə yön verə bilər.
XAU/USD
Dolların ucuzlaşması ilə “güvənli liman” maliyyə aləti kimi qızılın dəyəri bahalaşır. Ötən həftəni 3397$ səviyyəsində başa vuran sarı metalın qiyməti 3400$ həddinin üzərində möhkəmlənərsə artım tendensiyası daha kəskin xarakter ala bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
5 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
5 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
7 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
8 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
8 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib


























